İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Tağıyev: "Ərəb hakimlər çox olduğundan, ərəb ölkələrinin idmançılarına dəstək verirdilər"

675 20.08.2022 17:15 İdman A A

"Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında çox güclü karateçilər mübarizə aparırdı. Demək olar ki, Olimpiya çempionları və Olimpiya mükafatçılarının hamısı orada idi".

Bunu "Report"a açıqlamasında karate üzrə Azərbaycanın kişi millisinin baş məşqçisi Qurban Tağıyev bildirib.

O, Azərbaycan karateçiləri – Pənah Abdullayevin (84 kq) finalda Məhəmməd Əl Cəfəriyə (İordaniya), Asiman Qurbanlının (+84 kq) isə Tareq Hamediyə (Səudiyyə Ərəbistanı) uduzmasında hakimlərin rəqib idmançılara simpatiya göstərməsi ilə əlaqələndirib:

"Finallarda bizim idmançılara qarşı hakim haqsızlığı oldu. Ərəb hakimlər çox olduğundan, ərəb ölkələrinin idmançılarına dəstək verirdilər".

Qeyd edək ki, Azərbaycan karatedə İslamiadada 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Bu nəticə ilə Azərbaycan karatedə 5-ci yeri tutub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR