İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov matçı dəyərləndirdi: "Səbrli olmalıyıq"

1223 17.08.2022 22:52 İdman A A

"Ağır oyun oldu. Rəqib necə gözləyirdiksə, elə də çıxış etdi. Çox yaxşı qol imkanlarımız oldu. Amma yararlana bilmədik".

Musavat.com xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "CBC Sport"a açıqlamasında deyib.

"Həm rəqibdə, həm də bizdə həyəcan hiss olunurdu. Futbolçular çox əziyyət çəkdilər. Səfərdə bundan da artıq güc itirməliyik. Şanslarımız bərabərdir. Böyük inamla səfərə gedəcəyik. Futbolçular bunu bacarmağa qadirdirlər. Səbrli olmalıyıq. Futbolçulara da bunu tapşırmışam. Oyunumuz elə də pis alınmadı. Azarkeşlərimiz yenə möhtəşəm idilər. Hər birinə təşəkkür edirəm. Cavab görüşündə onları sevindirməyə çalışacağıq".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR