İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov AFFA prezidenti olsa...

3040 02.02.2024 22:20 Yazarlar A A

Fuad Musayevdən Rövnəq Abdullayevə qədər- sonra kim?

Gələn ay (martda)Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti postuna seçki olmalıdır. İndi ölkə ən vacib seçkiyə köklənib, üstəlik də AFFA-ya rəhbər seçkisi geniş ictimai müzakirə və maraq doğurmur. Baxmayaraq ki, AFFA rəhbəri ölkədə “futbolun ağası” hesab olunur, onun kimliyi, idarəçiliyi Azərbaycanın “1 nömrəli” idmandakı beynəlxalq nüfuzuna birbaşa təsir edir.

Bəzi mənbələr yazır ki, AFFA-da prezident seçkisi ətrafında hər şey sakit kimi görünsə də, əslində vəziyyət qəlizdir, hətta “tufan öncəki sakitliklik” kimi də xarakterizə oluna bilər. Bildirilir ki, AFFA prezidenti postuna namizədlər məlum olmasa da, iddiaçılar əlbəttə ki, var, hətta bəlkə də sayları çoxdur. AFFA prezidenti postuna namizədlər arasında Rövnəq Abdullayev (hazırkı prezident), Elxan Məmmədov (vitse-prezident), Orxan Məmmədov (Azərbaycan Minifutbol Federasiyasının prezidenti) və SOCAR prezidenti Rövşən Nəcəfin adları hallanır. 

AFFA_2003.png (1.63 MB)

Publika.az saytı isə ortaya daha bir iddia atıb. Bildirilir ki, hakimiyyət kuluarlarında digər şəxslərin də namizədliyi müzakirə olunur. Onlar arasında isə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da var. Deyilir ki, “Şöhrət" ordenli mütəxəssisin ölkə futbolundakı xidmətləri bəllidir, futbol ictimaiyyəti və xalq arasında böyük nüfuzu var. Futbolumuzu son illərdə çiyinləri üzərində daşıması, dürüstlüyü, yeniliklərə meyilli olması onun namizədliyinin müzakirə edilməsinə səbəb olub. 

Yazılan xidmətlərin hamısı haqlıdır, yəni Qurbanovun haqqıdır. Diqqətçəkən iddiadır, amma zənnimcə, gerçək deyil. İddianı doğrulamamaq kimi niyyətim yoxdur, sadəcə subyektiv rəyim belədir ki, xidmətlərinə baxmayaraq, Qurban Qurbanovu ”oralara buraxmazlar”. Bunun bir çox səbəbləri var, “AFFA sandığı”nı açıb-tökməyə gərək yoxdur, bilənlər bilir. Qurban qardaşımızın da indi yaşının elə çağıdır ki, gedib kabinetdə oturub futbol təsərrüfatı ilə məşğul olmaq istəməz. Bəlkə bir az yaşlanar, ondan sonra futbol idarəçiliyi haqda düşünər. Mənim kənardan rəyim belədir. Vəzifə də, karyera da əlbəttə ki, insan övladı üçün yaranıb, amma zənnimcə, AFFA Qurbanov üçün indilikdə özünün istədiyi “oturacaq” deyil. 

1681129891_407275367_0_155_2001_1280_1920x0_80_0_0_f4d30f474b0b3042c355d359a0046217.jpg (296 KB)

Onun AFFA rəhbərliyi ilə münasibətləri haqda nələrsə demək mümkündür, xüsusilə milli komandaya rəhbərlik etdiyi qısa müddətdə bu münasibətlər hamar olmadı. İndi Qurbanov o dövr haqda ətraflı danışmamağa üstünlük verir, eləcə də AFFA-nın fəaliyyəti haqda qiytmətləndirmədən hər dəfə yayınır. Salamatıda budur. Demirəm ki, Qurbanov başının salamatlığını düşündüyü üçün AFFA rəhbərliyi haqda danışmaq istəmir. Məncə, ona görə danışmır ki, AFFA-da köklü dəyişiklik ola biləcəyinə inamı yoxdur. Qurban Qurbanov da əlbəttə ki, futbol təsərrüfatçısı, uğurlu menecerdir. Amma “Qarabağ” a rəhbərlik ayrı, AFFA-ya rəhbərlik tam ayrı işdir.

“Əgər heç bir idmanla, futbolla bağlılığı olmayan biri uzun illərdir AFFA-ya rəhbərlik edirsə, nədən Qurbanov da olmasın” sualı haqlıdır. Amma yenə deyirəm, AFFA fərqli qurumdur, orada işləmək bir klubu idarə etmək demək deyil. Qurbanov da bunları yaxşı bilir. Onun adının hallandırılması isə düşündürücüdür. Yəqin müəyyən qruplar var ki, Qurbanovun namizədliyini ortaya ataraq AFFA rəhbərliyinə can atan digərlərini “hərəkətə keçirmək” kimliklərini öyrənmək istəyirlər. 

m_1497642958.jpg (39 KB)

Qurbanov əlbəttə ki, futbolumuzda avtoritet simadır və belə bir obraz vaxtilə cəmi bir nəfərə qismət olub. O da AFFA-nın ilk prezidenti rəhmətlik Fuad Musayevə. Fuad Musayevin atası şuşalı idi və ona bir az da yerli kimi rəğbətim ola bilərdi. Bir dəfə, gərək ki, 2001-ci il idi, AFFA-da kabinetində “Yeni Müsavat”a müsahibə də götürdük ondan, diktofonsuz xeyli söhbət də etdik. Futbolu da, voleybolu da, idmanı da bilən adam idi, onun dövründə milli komandanın çox böyük hesablı məğlubiyyətləri oldu, mətbuat düşürdü Fuad Musayevin üzərinə, o da keçmiş kommunist kimi belə tənqidlərə dözümlü deyildi. 2000-ci ildən başlayaraq, onu AFFA-dan uzaqlaşdırmağa çox çalışdılar, amma o da israr edirdi, getmirdi. 2003-ci ildə AFFA-dan nəhayət uzaqlaşdı. Rəhmətlə anıram onu...

Fuad Musayevi bu dəfə futbolla heç bir yaxınlığı olmayan "Azərneftyağ"ın direktoru Ramiz Mirzəyev əvəz etdi ki, onun da bu quruma rəhbərliyi xəstəliyi səbəbindən çox az çəkdi. 2008-ci ildən isə AFFA-ya SOCAR-ın sabiq prezidenti, iqtisadiyyat nazirinin indiki müavini Rövnəq Abdullayev rəhbərlik edir. 2020-ci ildə keçirilmiş son hesabat-seçki konfransında Rövnəq Abdullayev daha 4 il müddətinə AFFA-ya yenidən prezidenti seçilib. 

15097292074764117811.jpg (747 KB)

2022-ci ilin fevralında SOCAR prezidenti vəzifəsindən azad olunmasından sonra onun AFFA-nın rəhbəri vəzifəsindən gedəcəyinə dair iddialar da artıb. Əgər o, martda namizədliyni irəli sürməsə, AFFA-nın 4-cü prezidentinin kim olacağı doğuradan da maraq doğurur...

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR