İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Məsimov Kukla Teatrına direktor gətirilir? - AÇIQLAMA

1350 09.12.2022 14:07 Mədəniyyət A A

Kukla Teatrının direktoru vəzifəsinə təyinatı gözlənilən yeni namizədin adı məlum olub.

Musavat.com xəbər verir ki, teatrdakı mənbədən Lent.az-a daxil olan məlumata görə, bu vəzifəyə teatrın baş rejissoru Qurban Məsimovun təyin ediləcəyi gözlənilir.

Məlumatda deyilir ki, Qurban Məsimov teatrda baş verən qalmaqallardan kənarda qalmaq üçün rayonlardan birinə ezamiyyətə göndərilib.

O özü bu barədə bilirmiş və hətta teatrın əməkdaşlarına direktor təyin edildikdən dərhal sonra kollektivi dəyişəcəyi barədə xəbərdarlıq da edib.

Mövzuyla bağlı Qurban Məsimovla əlaqə saxlanılıb. O bildirdi ki, dekabrın 8-nə kimi Tovuz rayonunda ezamiyyətdədir və hələ qayıtmayıb. Direktor təyin ediləcəyinə dair ona heç kim heç nə deməyib.

Xatırladaq ki, dekabrın 8-də Azərbaycan Dövlət Kukla Teatrının rəhbəri Rəşad Əhmədzadə mətbuat konfransı keçirərək adının ləkələndiyini, işdən çıxarılması üçün oyunlar getdiyini və teatra Mədəniyyət Nazirliyi tərəfindən göndərilmiş yoxlamanın öz səlahiyyətini aşdığını açıqlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR