İnsanlara hürriyət, millətlərə istiqlal!

Qriqoryan Hacıyevlə görüşündən danışdı - “Masadakı dörd gündəlik...”

1633 29.09.2022 18:00 Region A A

“Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə Vaşinqtonda görüşüm konstruktiv oldu”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Amerikanın səsi”nin erməni bürosuna verdiyi müsahibədə deyib.

O, görüşü “effektli” adlandırıb.

“Qarabağla bağlı məsələləri, eləcə də regionda sülhün bərqərar olması mövzularını müzakirə etdik. Bura blokadanın ləğvi, delimitasiya, sərhədlərin təhlükəsizliyi, eləcə də regiona sabitlik və sülh gətirən digər məsələlər daxildir”, - Qriqoryan bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan bir-biri ilə əlaqəli dörd gündəliyi müzakirə edirlər.

“Bu istiqamətlərdə necə irəliləyəcəyimizi aydınlaşdırmağa çalışdıq və Ermənistanla Azərbaycan arasında sülh sazişi bütün bunlarla bağlıdır. İrəli necə getdiyimizin konkretliyi bu mövzular ətrafında olub”, - Qriqoryan vurğulayıb.

Qriqoryan onu da əlavə edib ki, Ermənistan-Azərbaycan danışıqları digər formatlarda da, xarici işlər nazirləri, baş nazirin müavinləri və milli təhlükəsizlik xidmətinin rəhbərləri səviyyəsində aparılır. Bütün bunlarla yanaşı, Qriqoryanın sözlərinə görə, ölkə liderlərinin görüşləri də var ki, bu da digər formatlarda qeydə alınan irəliləyişlə bağlıdır.

O, sərhəddəki son toqquşmaların Amerika tərəfinin işə qarışması ilə dayandırıldığını da iddia edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR