İnsanlara hürriyət, millətlərə istiqlal!

Qriqoryan: "Bu, diletant yanaşmadır..."

761 22.02.2024 16:31 Region A A

Bizim birgə iş rejimimiz var və mən bu iş tərzini bəyənirəm.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan baş nazirin müavini Mher Qriqoryan tərəfindən bu gün, fevralın 22-də yerli jurnalistlərlə söhbətində səslənib.

Qriqoryan bununla Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyalarının iclaslarının keçirilməsi məsələsinə toxunub.

“Biz birlikdə çox həssas bir məsələni müzakirə edirik. Delimitasiya məsələsi hər halda çox həssasdır. Platformanın obyektiv, konstruktiv işləmək imkanının olmasını təmin etmək üçün biz görüşlərlə bağlı mumi məlumatlar verəcəyik”, - deyə o qeyd edib.

Ermənistan baş nazirinin müavini səssiz informasiyaların yayıldığı ilə bağlı suala belə cavab verib: “Əgər hər bir tərəf qayıdıb işin nəticələrini şərh etməyə və ya ictimai müzakirəyə başlasa, bu, nəticəsiz qalacaq. Həvəskar spekulyasiyalara yol verilməməsi və platformanın ətrafındakı atmosferin korlanmaması üçün tək bir informasiyanın verilməsini səmərəli hesab edirəm. Bizim komissiyada görüşüb bir-birimizə nə isə təhvil verə biləcəyimizi düşünmək həvəskar yanaşmadır. Getdilər, görüşdülər, hər şeyi gizli saxladılar demək mənasız söhbətdir”,-deyə Qriqoryan söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR