İnsanlara hürriyət, millətlərə istiqlal!

Qoşulmama Hərəkatına qoşulanlar - Nehrudan Maduroyadək

2585 03.07.2022 11:15 Analitika A A

Müasir Hindistanın qurucularından biri olan Javahirləl Nehrunun, əfsanəvi İosif Broz Titonun qurduğu Qoşulmama Hərəkatının Bakı Konfransı təşkilatın taleyində silinməz izlər buraxacaq.

Sukarno, Fidel Kastro, Nelson Mandela kimi nəhəng siyasətçilərin rəhbərlik etdiyi bir qurumun təşkilata çevrilməsi problemi Bakıda çözüldü.

Azərbaycan prezidenti İlham Əliyevin ikinci nəfəs verdiyi Tərəfsiz Dövlətlər Təşkilatı çevik bir quruma çevrilir. Toplantılarla idarə olunan hərəkatın təşkilata çevrilməsindən sonra qurumun daimi fəaliyyət göstərəcək icra orqanları, ofisi, mətbuat vasitələri olacaq.

Soyuq Müharibə illərində düşmənçilikləri ilə bütün dünyanı təhdid edən iki güc bloku qarşı-qarşıya gəldiyi zaman 1961-ci ilin payızında 29 ölkə Qoşulmama Hərəkatını yaratdılar və bəşəriyyətə təhlükə
yaradan münaqişələrdə bitərəf qalmağa qərar verdilər.

Hərəkatın yaranması əslində fövqəldövlətlərin sümürgəçi, irqçi siyasətinə güclü bir zərbəydi. Birləşmiş Ştatlarda qaradərili insanların ağdərililərin oturduğu avtobuslara, restoranlara, məktəblərə buraxılmadığı bir dövrdə irqçiliyə, kolonializmə qarşı açıq şəkildə meydan oxuyan bir qurumun meydana gəlməsi qərb alimləri tərəfindən də "cəsarətli addım" kimi qeydə alınıb.

_109365624_gettyimages-1177991084.jpg (44 KB)

Qoşulmama Hərəkatı təsis edildiyi gün (1 sentyabr 1961) Belqradda verilən ziyafət beynəlxalq siyasətdə yeni eranın yaranmasına bir müjdəydi. Həmin gün axşam Yuqoslaviya lideri İosif Tito “Metropol” otelində təntənəli ziyafət vermişdi. Bir məclisə gəlmiş avtokratlarla demokratların müstəqillik və sülh arzusundan başqa ortaq cəhətləri olmasa belə, eyni masa ətrafında oturdular. Məhz buna görə də Belqradda sərt qaydalar və sabit bürokratiya olmadan “təşkilat” deyil, “hərəkat” yaratmaq mümkün oldu.

Bakı konfransında hərəkatın təşkilata çevrilməsi qərarını tarixi korrektə saymaq olar. 29 ölkənin yaratdığı hərəkat Bakıda 120 ölkəni birləşdirən təşkilata çevrildi.

Azərbaycan prezidenti İlham Əliyevi dünya liderlərindən fərqləndirən cəhət də məhz böhranlı situasiyalardakı operativ, effektiv siyasətidir. Nehrunun, Titonun, Sukarnonun qurmaq istədiyi təşkilatın bünövrəsinin Bakıda qoyulması ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır.

Böhran Meneceri İlham Əliyevin müəllifi olduğu yeni konsepsiya quruma yeni nəfəs, yeni perspektivlər vəd edir. Bəs hərəkatın təşkilata çevrilməsi Azərbaycana nə vəd edir?

Qoşulmama Hərəkatına daxil olan ölkələr dünya əhalisinin 55 faizini təşkil edir, BMT Baş Assambleyasında yerlərin demək olar ki, üçdə ikisini tuturlar. Belə bir böyük şəbəkənin dəstəyini qazanmaq xarici, hərbi və ideoloji təhdidlərdən qorunmağa imkan verir.

İlham Əliyevin Bakı konfransında səsləndirdiyi parlament diplomatiyasını Avropa Birliyinin parlamenti ilə müqayisə aparmaq olar.

351432.jpg (37 KB)

Təşkilat üzvləri arasındakı münasibətlərin parlamentlərarası münasibətlər səviyyəsinə qaldırılması Azərbaycanın yeni xarici siyasət doktrinin tərkib hissəsi sayıla bilər.

Təşkilatın ali orqanı olan parlamentinin yaradılması dünyanın yarısı ilə birbaşa əlaqədə olmaq şansının reallaşması olacaq. Gənclər birliklərinin yaradılması təşəbbüsü təşkilatın idarə olunmasında gənclərin rolunun həlledici olacağına bir işarədir.

44 günlük müharibə zamanı Qoşulmama Hərəkatının Azərbaycanın yanında olması, BMT səviyyəsində Azərbaycana dəstək verməsi yaddan çıxmayıb. Dostlarla münasibətlərin dərinləşdirilməsi xarici siyasət kursunun gücləndirilməsi istiqamətində atılmış uğurlu addımdır.

Təşkilatın yaranması dünya birliyinin siyasi-iqtisadi birliyinin təmin edilməsi vəzifəsini qarşıya qoyur. Ərzaq böhranı, pandemiyalar, beynəlxalq problemlər şəraitində daha operativ fəaliyyət göstərməli olan dövlət strukturlarının işi asanlaşır.

İlham-və-Movlud (1).jpg (673 KB)

Struktur islahatlarına gedilməsi tələbi də məhz operativ fəaliyyət mexanizmindən məhrum olan dövlət strukturlarının mövcudluğudur. Diaspora və digər sahələrdəki operativ fəaliyyət mexanizminin işlənib hazırlanması və effektiv funksionallığın bərqərar olması son nəticədə həmin strukturları böhrandan çıxara bilər.

Şərqin İsveçrəsinə çevrilən Azərbaycan liderinin yeni xarici siyasət doktrinası Transatlantik birliyin yaradılmasını şərtləndirən Trumen doktrinasından fərqli olaraq, beynəlxalq sülhə töhfə vermiş oldu. İqlim dəyişikliyi, ərzaq qıtlığı, beynəlxalq münaqişələrin çözülməsi istiqamətində Birləşmiş Millətlər Təşkilatının missiyasına dəstək verəcək qurum Azərbaycanın dünya dövlətləri arasındakı rolunu da gücləndirəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO nun yenidən qurulması, İlham Əliyevin Qoşulmama Hərəkatının təşkilata çevrilməsi istiqamətində atdığı addımlar və bu addımların uğurlu nəticələri iki qardaş dövləti yeni dünya düzənin arxitektoruna çevirməkdədir.

Elxan Həsənli, xüsusi olaraq Musavat.com üçün

İsveçrə

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR