İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal səhm bazarında dövriyyənin azalma sürəti 25 illik maksimuma çatıb

522 05.04.2024 23:44 Dünya A A

Qlobal səhm bazarında dövr edən səhmlərin dövriyyəsi son 25 ilin ən sürətli tempi ilə azalır.

Musavat.com xəbər verir ki, bu barədə materialla Financial Times çıxış edib. Qəzet yazır ki, şirkətlər səhmlərinin əhəmiyyətli bir hissəsini geri almağa davam edərkən, iqtisadi və geosiyasi qeyri-müəyyənlik səbəbindən səhm təkliflərinin sayı sürətlə azalır.

JPMorgan-a görə, açıq şəkildə satılan səhmlərin xalis həcmi 2023-cü ildəki 40 milyard dollarla müqayisədə bu ilin ötən dövründə artıq 120 milyard dollar azalıb. Eyni zamanda göstərici üçüncü ildir ki, azalır və bu, 1999-cu ildə hesablamalar başlayandan bəri baş verməyən haldır.
Bankın məlumatına görə, bu il geri alış proqramlarının miqyası onların əvvəlki üç ildəki həcmləri ilə təxminən eynidir. Dekabr ayına qədər geri alışların ümumi həcminin 1,2 trilyon dollara çatacağı proqnozlaşdırılır.

Eyni zamanda, IPO və digər səhm yerləşdirmə növləri ilə bağlı gözləntilər hələ də özünü doğrultmayıb.

JPMorgan analitiklərinə görə, hər iki tendensiya dünya üzrə şirkətlər arasında "davamlı qeyri-müəyyənliyi" əks etdirir.

Əvvəllər gözlənilirdi ki, investorlar dünyanın ən böyük fond bazarı olan ABŞ-ın iqtisadi tənəzzüldən qaça biləcəyinə əmin olduqları üçün bu il səhm təkliflərini artıracaqlar. Lakin güclü iqtisadi artım səbəbiylə inflyasiyanın yenidən arta biləcəyi ilə bağlı davamlı qorxular buna imkan vermir.

Keçən ilin noyabr ayında JPMorgan analitikləri yeni IPO-lar və geri alış həcmlərinin azalması sayəsində səhm bazarının 2024-cü ildə 360 milyard dollar artacağını proqnozlaşdırırdılar.

İndeks provayderi Wilshire-ın məlumatına görə, 2000-ci ildən ABŞ-da siyahıları olan şirkətlərin sayı 7 mindən 4 mindən də aşağı düşüb. Oxşar tendensiya Avropa və Böyük Britaniyada da müşahidə olunub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR