İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal ərzaq bazarında BAHALAŞMA 

578 04.08.2023 14:54 İqtisadiyyat A A

İyul ayında qlobal ərzaq qiymətlərində artım qeydə alınıb.

Musavat.com BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) hesablamalarına istinadən xəbər verir ki, qlobal ərzaq qiymətləri indeksi iyulda 123,9 bənd təşkil edib.

Bu isə iyunla müqayisədə 1,3 faiz artım deməkdir. İllik ifadədə isə qiymətlər 11,8 faiz aşağıdır.

Ümumi ərzaq qiymətlərinin bahalaşmasında aparıcı rol bitki yağlarının qiymətindəki 12,1 faizlik artıma aiddir. Bu zaman günəbaxan yağı 15 faiz bahalaşıb ki, bunda da Ukraynadan məhsulların dünya bazarına çıxarıldığı Qara dəniz Taxıl dəhlizinin fəaliyyətinin dayandırılması əsas səbəbkardır. Palma, soya və raps yağı isə istehsalçı ölkələrdə məhsuldarlığın aşağı düşməsi üzündən bahalaşıb.

İyulda buğda qiymətləri son 9 ayda ilk dəfə artım nümayiş etdirib: 1,6 faiz. Bunun səbəbi kimi FAO Şimali Amerikada davam edən quraqlığı, həmçinin Ukrayna məhsulu ilə bağlı qeyri-müəyyənliyi göstərir.

Düyünün qiymətindəki 2,8 faizlik artım isə Hindistanın bu məhsulun ixracına qoyduğu qadağa ilə bağlıdır. Nəticədə düyü qiyməti 2011-ci ildən bəri ilk dəfə 19,7 faizlik illik artım göstərib.

İyul ayında şəkər qiymətləri 3,9 faiz, süd məhsulları 0,4 faiz, ət isə 0,3 faiz ucuzlaşıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR