İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızıl mağazalarında qiymətlər əl “yandırır”: alıcı da narazı, satıcı da - Reportaj

1466 12.03.2022 11:00 Reportaj A A

Artıq iki ildən çoxdur ki, ölkədə pandemiya ilə bağlı karantin rejimi tətbiq edilir. Təbii ki, məhdudiyyətlər ticarətin bir çox başqa sahələri kimi qızıl bazarına da təsirsiz ötüşməyib. Eyni zamanda, toyların təxirə salınması qızıl-zinət əşyalarının satışına mənfi təsir edib.

Ancaq məlumdur ki, 2022-ci il martın 6-dan etibarən tətbiq olunan sərt karantin rejimi yumşaldılıb. O sırada toyların və mərasimlərin rahat və böyük yığıncaqla keçirilməsinə icazə verilib. Bu səbəbdən toy şənliklərinin keçirilməsində canlanma müşahidə olunur. Eləcə də qızıl bazarında uzun müddətdən sonra canlanma yaranıb.

Bəs bu canlanma nə səviyyədədir? Qızıl-zinət əşyalarının qiymətlərində hansı dəyişikliklər var?

Musavat.com-un əməkdaşları bu və digər suallara cavab tapmaq üçün qızıl məmulatlarının satışı ilə məşğul olan şəxslərin bir neçəsini danışdırıb. 

5 ildir qızıl satışı ilə məşğul olan Leyla Mustafayeva bildirib ki, pandemiyada 1 il 2 ay müddətində işləyə bilməyiblər: “Bir neçə ay olar ki, iş başlayıb. Lakin son 1 aydır qızılın satışı zəifləyib. Qızılların qiymətinə gəldikdə isə çox artım var. Təxmini olaraq 1 qramın qiyməti  5-10 manat arası artıb. Qızılın əyarı nə qədər yüksək olarsa qiyməti o qədər artar. Ən yüksək əyarlı qızıl isə 22 əyar olan Ərəb Əmirliklərindən idxal edilən qızıldır. Həmin qızılların 1 qramının qiyməti 155-170 manat arası dəyişir. Ən ucuz qiymətə olan qızıl isə Türkiyədən idxal edilir. Həmin qızılın da qramının qiyməti 5-7 manat artıb. Qiymətlər dünən (srağagün-red.) daha çox artmışdı. Bu gün (dünən - red.) isə qiymətlər nisbətən enib”.

2.jpg (299 KB)

Leyla xanım alıcıların da çox az olduğundan şikayətləndi: “Hazırda qızıl satmaqda çox çətinlik çəkirik. 6, 7 mart tarixlərində 8 mart münasibətilə qızıl satışı çox yaxşı oldu. Sonra isə satış dayandı. İndi yenidən gözləyirik Novruz bayramı gəlsin ki, kimsə gəlib hədiyyəlik qızıl alsın və satış canlansın. Normal satış bayramdan bayrama olur. Bu gün kimsə nazik bir boyunbağı və ya sırğa satıbsa sevinə bilir. Məsələn mən bu gün bir dənə də olsun satış edə bilməmişəm”.

Digər satıcı Akif Rzayev son iki gün qızıl satışı yaxşı olduğunu söyləyib: “Hazırda satış istənilən səviyyədə deyil. Demək olar ki, bütün ölkələrdən idxal olunan qızılların qiyməti qalxıb. Bir neçə ay əvvəl toylarla bağlı məhdudiyyət aradan qalxdıqdan sonra qızıl satışında artım müşahidə edilirdi. Əslində qızıl alanlar üstünlüyü Ərəb Əmirlikləri və İtaliyadan idxal olunan qızıllara verir. Ancaq İtaliya və Ərəb Əmirliklərindən idxal olunan qızılların qiyməti baha olduğu üçün məcbur qalıb Rusiya və Türkiyədən idxal olunan qızıllardan alırlar”.

Ümumi olaraq qeyd edək ki, satıcılar qiymətlərin qalxmasından və alıcıların az olmasından narazıdırlar. Alıcılar isə hazırkı qiymətlərin çox yüksək olduğu qənaətindədirlər.

3.jpg (254 KB)

Məsələn, qızıl almağa gələn paytaxt sakini Fidan Həbibova deyir: “Keyfiyyətinə görə ən yaxşı qızıl Ərəb Əmirliklərdən idxal edilən qızıllardır. Amma çox baha olduğu üçün məcburən Türkiyə və ya Rusiyadan idxal edilən qızıllara üstünlük verməli oluruq. Qızıl alası olsam Rusiyadan idxal edilən qızılı alaram, amma Rusiyadan idxal edilən qızıllarının da yeni modelləri daha az satıldığı üçün seçim şansımız da az olur. Bu isə bizə sərf eləmir”.

Digər paytaxt sakini Fidan Həbibova isə İtaliyadan idxal olunan qızılların daha yaxşı olduğunu vurğulayır: “Çünki bir müddətdən sonra pul lazım olanda onu aldığın qiymətə sata bilərsən. Amma türkiyə və Rusiyadan idxal edilən qızılları lom qiymətinə satmaq bir az çətin olur”.

1.jpg (282 KB)

Bəzi alıcılar isə bildirirlər ki, əvvəllər qızılı investisiya etmək üçün alırdılarsa, indi heç investisiya üçün də ala bilmirlər. Qızıl bazarında görünən ümumi mənzərə odur ki, qiymətlərdə artım davam edəcək...

Ləman RÜFƏTQIZI,
Anar ƏHMƏD,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR