İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızdan DƏHŞƏTLİ QİSAS: intim fotolarını internetdə yayan nişanlısını döyüb öldürdü

1951 21.09.2022 10:05 Kriminal A A

Hindistanın Banqalor şəhərindən olan qız internetdə intim fotolarını yayımladığı üçün nişanlısını döyərək öldürüb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.

Nəşrin məlumatına görə, cütlük iki ildir görüşüb və artıq münasibətlərini qanuniləşdirməyi planlaşdırırmış. Amma gəlin aşkar edib ki, sevgilisi onun intim fotolarını sosial şəbəkələrdən birində yerləşdirib.

Qız 27 yaşlı nişanlısı ilə danışıb. O, şəkli dostlarına göndərdiyini bildirib.

Qız sevgilisindən qisas almaq qərarına gəlib. Onu başqa iki kişinin olduğu dostunun evinə dəvət edib. Dörd nəfər kürəkənin üstünə cumub və əllərində olan butulkalarla onu döyməyə başlayıblar.

Oğlanın huşunu itirdiyini görən qız onu xəstəxanaya aparıb. Dörd gün klinikada qalıb. Lakin həkimlər onu xilas edə bilməyiblər.

Oğlanı döyən dörd nəfərdən üçü artıq həbsdədir. Polis həmin şəxsin öldürülməsi ilə bağlı araşdırmalarını davam etdirir.

Toğrul İSMAYIL,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR