İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qisas əməliyyatı” ilə bağlı İLGİNC AÇIQLAMA

2268 13.02.2024 15:54 Gündəm A A

“Zəngilan istiqamətində törədilən təxribata cavab olaraq keçirilən “Qisas əməliyyatı”nın nəticələri Ermənistan üçün ağır oldu: bir əsgərimizin yaralanmasına qarşı 4 erməni hərbçi məhv edilib, biri yaralanıb”.

Musavat.com xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

“Lakin İrəvan üçün maraqlı olan nə qədər itki verməsi yox, baş verənlərdən necə istifadə etməsidir. Təcrübəyə əsasən, Bakının adekvat addımlarının ağır nəticələrinin olacağını bildikləri halda təxribata əl atmaları da hədəfin hərbi yox, siyasi olduğunu deməyə əsas verir”, - siyasi şərhçi bildirib.

asif.jpg (155 KB)

Ekspert əlavə edib ki, bu kontekstdə Ermənistan Xarici İşlər Nazirliyinin açıqlaması diqqət çəkir:

“Rəsmi İrəvan Azərbaycanı “danışıqları pozmaqda”, “sərhəddə eskalasiya yaratmaqda” ittiham edir. Ermənistanın bu iddiaları bölgədə heç nəyi dəyişdirməsə də, Avropa strukturlarında “Qisas əməliyyatı”nı “Azərbaycanın hücumu” olaraq göstərməyə və bundan Bakıya qarşı təzyiq kimi istifadə etməyə cəhd edəcəklər. Məhz buna görə İrəvan məsuliyyətdən yayınmaq üçün Bakının “Qisas əməliyyatı”na səbəb olan snayper atəşinin onun iradəsindən kənar baş verdiyini deyir.

Zəngilan istiqamətində törədilən təxribatın hədəfləri arasında bu da var. Cənubi Qafqazdakı geosiyasi mübarizə fonunda bu təxribatın sonuncu olmayacağı da görünür”.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR