İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qisas” cavab əməliyyatından sonra nəzarətimizə keçən YÜKSƏKLİK - FOTO

1761 04.08.2022 13:21 Qarabağ xəbərləri A A

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürüb.

Musavat.com xəbər verir ki, bu barədə ötən gün Müdafiə Nazirliyi məlumat yayıb.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Sarıbaba dağı ilə bağlı "Facebook"da paylaşım edib. O bildirib ki, fotonu bu ilin yanvarında dağın şimal-qərbindən – doğulduğu Mayıs kəndindən, təxminən 20 km məsafədən çəkib:

"Sarıbabanın görünən tərəfi Laçındır. Arxası isə Şuşa rayonunun ərazisidir. Dünənki əməliyyatda dağın arxası da çaqqallardan təmizlənib.
Ordumuza eşq olsun!

Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR