İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda “xarici agentlər haqqında” qanun qəbul edilir

428 27.10.2023 11:41 Dünya A A

Qırğızıstan parlamentinin deputatları “Xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda müzakirəsiz qəbul ediblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, sənədin lehinə 52, əleyhinə isə 7 deputat səs verib.

Qəbul edilmiş qanun layihəsində xarici təsir altında olan qeyri-kommersiya təşkilatlarının (QHT) fəaliyyətində iştiraka görə on ilədək həbs cəzası nəzərdə tutulur.

Parlamentin qərarı ilə əlaqədar Qırğızıstanın media ictimaiyyəti və vətəndaş cəmiyyətinin nümayəndələri Avropa İttifaqına üzv olan ölkələrin, Böyük Britaniyanın, ABŞ-ın, İsveçrənin səfirliklərinə müraciət ediblər.

“Beynəlxalq və Qırğızıstan hüquq müdafiə təşkilatlarının, hüquqşünasların və media ekspertlərinin fikrincə, bu, ayrı-seçkilik xarakterli, cəza xarakterli qanun layihəsidir və çoxlu sayda qeyri-kommersiya təşkilatlarının, müstəqil medianın bağlanmasına, azad jurnalistlərə, bloqerlərə və jurnalistlərə qarşı repressiyalara səbəb olacaq.

Qanun layihəsi ölkədə demokratik məkanın əhəmiyyətli dərəcədə daralmasına gətirib çıxaracaq, Qırğızıstanın üzərinə götürdüyü bir sıra beynəlxalq öhdəliklərə ziddir”, - deyə müraciətdə qeyd olunur.

 Qanun qəbul olunarsa, Qırğızıstandakı “xarici agentlər” “xarici nümayəndələr” adlandırılacaq.

Onlar Rusiyada ilkin olaraq “xarici agentlər” siyahısına daxil edilmiş eyni meyarlara (xarici maliyyələşdirmə və siyasi fəaliyyət) uyğun olaraq müvafiq reyestrə daxil ediləcəklər:

Hakimiyyət nəyin “siyasi fəaliyyət” sayılacağını izah etmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR