İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda dövlət çevrilişi cəhdinin qarşısı alındı: Detallar AÇIQLANDI

913 06.07.2024 21:20 Dünya A A

Qırğızıstanda bir qrup Müstəqillik Günündə hakimiyyəti zorakılıqla ələ keçirməyi planlaşdırıb.

Musavat.com xəbər verir ki, bu barədə 24.kg ölkənin xüsusi xidmət orqanlarına istinadən məlumat yayıb.

Xüsusi xidmət orqanları hakimiyyəti silahlı ələ keçirməyi planlaşdıran 5 Qırğızıstan vətəndaşını saxlayıb. Onların evlərinə baxış zamanı çoxlu sayda silah, partlayıcı maddə və polis geyimləri aşkar edilib.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, şübhəlilərdən birinin evində aparılan axtarışlar zamanı Joqorku Keneşin deputatı Marlen Mamatəliyevin hərbi bileti tapılıb.

Xalq deputatı özü bildirib ki, sənəd 2010-cu il inqilabı zamanı oğurlanıb:

“Şübhəlilər müəyyən dağıdıcı siyasi qüvvələrin təsiri altında bir neçə ay ərzində ölkədə ictimai-siyasi sabitliyi pozaraq, Bişkekdə vətəndaşların ölümü ilə nəticələnən kütləvi iğtişaşlar təşkil etməklə hakimiyyəti zorla ələ keçirmək planları qurublar. Onlar ölkənin bütün regionlarından gəncləri bir araya gətirmək üçün Müstəqillik Günündə Bişkek yaxınlığında idman tədbiri təşkil etməyi planlaşdırıblar”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR