İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstan vətəndaşı Avropada terror aktında iştirak edəcəkmiş - Tutulub

479 01.06.2024 13:05 Dünya A A

Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi xarici tərəfdaşları ilə birlikdə Avropa ölkələrindən birində beynəlxalq terror təşkilatı (İTO) üzvlərinin terror aktına cəhdinin qarşısını alıb.

Musavat.com 24.kg-a istinadən xəbər verir ki, kəşfiyyat xidmətlərinin məlumatına görə, xaricdə gizlənən potensial cinayətkarlardan birinin Qırğızıstan vətəndaşı olduğu üzə çıxıb.

Cinayət işi çərçivəsində şübhəli şəxs saxlanılaraq Qırğızıstana ekstradisiya edilib və o, hazırda MTN-in istintaq təcridxanasındadır.

Xüsusi xidmət orqanlarının nümayəndələri mayın 29-da Çuy vilayətinin Tokmak şəhərində saxlanılan şəxslə əlaqəli olan 17 ünvanda axtarış aparıblar. Axtarış aparılan ünvanda “İslam dövləti” aid atributlar, ekstremizmi təbliğ edən ədəbiyyat, elektron saxlama daşıyıcıları, narkotik və döyüş sursatları, həmçinin 28 ədəd mayninq avadanlığı tapılıb.

İstintaq tədbirləri davam etdirilir.

MTDK həmin şəxsin Avropanın hansı ölkəsində terror aktı törətmək istədiyini açıqlamayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR