İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstan Rusiyaya nota verdi

1047 07.06.2024 02:04 Dünya A A

Qırğızıstan Rusiyada qırğızıstanlı taksi sürücüsü və rusiyalı müharibə iştirakçısı arasında baş vermiş insidentlə bağlı Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib.

Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Qırğızıstanın Rusiya Federasiyasındakı səfirliyi Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə bu vətəndaşa (taksi sürücüsünə) qarşı başlanmış cinayət işinə obyektiv və hərtərəfli baxılması xahişi ilə rəsmi nota göndərib", - məlumatda ​​deyilir.

Qeyd edilir ki, bu il iyunun 3-də baş vermiş insidentlə bağlı Qırğızıstanın Rusiya Federasiyasındakı səfirliyi taksi sürücüsünə onun müraciəti əsasında lazımi konsulluq və hüquqi yardımı göstərib.

"Nəticədə cinayət tərkibinin olmaması səbəbindən Qırğızıstan vətəndaşına qarşı cinayət işinə xitam verilib", - Qırğızıstan Xarici İşlər Nazirliyi vurğulayıb.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR