İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzada 100-dən çox tunel MƏHV EDİLDİ

946 02.11.2023 17:04 Dünya A A

İsrail Müdafiə Qüvvələrinin mühəndis-istehkamçıları Qəzza zolağında radikal HƏMAS qruplaşmasının tunellərini məhv etmək üçün genişmiqyaslı əməliyyata başlayıb və artıq yüzdən çoxunu partladıb.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin "Walla" portalı məlumat yayıb.

Qeyd olunub ki, cümə axşamı səhər Qəzzada başlanan böyük mühəndislik əməliyyatı çərçivəsində İsrail əsgərləri tunellərə müxtəlif növ robotlar və partlayıcı qurğular yerləşdirir.

Məlumata görə, mühəndislər hazırda HƏMAS-ın yüzdən çox tunelini partladıblar. Qeyd edilib ki, bura İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində dağıdılanlar daxil deyil.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR