İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəza İstanbul hava limanını iflic edib

1584 02.11.2023 10:53 Dünya A A

Türk Hava Yolları noyabrın 1-də axşam İstanbuldan bütün reyslərin ləğv edildiyini açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, aviaşirkət bronlaşdırma sistemində yaranan texniki nasazlığa görə İstanbuldan saat 19.00-dan 22.00-a kimi uçan bütün reysləri ləğv edib. Mütəxəssislər uçuş bronlaşdırma sistemindəki nasazlığı aradan qaldırıb.

Türk Hava Yollarının yüzlərlə sərnişini İstanbul Beynəlxalq Hava Limanında (İST) növbəyə düzülüb, şirkət tərəfindən ödənilən otellərə daxil olub.

Eyni zamanda, gediş zonasında və pasport nəzarətində nə növbələr, nə də xaos mühiti yaranıb.

Hava limanındakı onlayn lövhənin məlumatına görə, saat 21.00-dan etibarən bütün aviaşirkət reysləri 22.10-a qədər təxirə salınıb. 

Digər aviaşirkətlər uçuşları ləğv etməsələr də, saat 22.00-dan sonra uçan reyslər üçün təxminən 2-3 saat gecikmələr olub.

Türk Hava Yolları artıq bir sıra reyslər üçün yeni uçuş saatlarını elan etməyə başlayıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR