İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətl törədən azərbaycanlının atası 70 milyon pulundan danışdı

1292 23.04.2024 15:30 Kriminal A A

Rusiyanın Moskva şəhərində motosikletçini qətlə yetirməkdə təqsirləndirilən şəxsin atası Nizami Abbasov bildirib ki, evində tapılan pulları 10 ildir saxlayır.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onun evinə baxış zamanı müxtəlif valyutalarda 70 milyon rubldan çox (təxminən 1 milyon 274 min manat) pul aşkar edərək götürüblər. Eyni zamanda, müstəntiqin məhkəmədə dediyi kimi, Nizami Abbasovun aylıq qazancı 80 min rubl (təxminən 1456 manat) olub. Onun digər cinayətlərdə əlinin olub-olmadığı yoxlanılır.

Nizami Abbasov iki ay müddətinə həbs edilib. Daha əvvəl onun zərərçəkənin qohumları ilə danışıq aparmağa çalışdığı bildirilib.

İstintaqın məlumatına görə, aprelin 17-də 21 yaşlı Şahin Abbasov motosikletçini ifadəsinə görə bıçaqlayaraq, hadisə yerindən qaçıb. Cinayətdə 6 nəfər iştirak edib. Onlar bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq, xuliqanlıq motivləri və cinayətə şərik olmaqda ittiham olunurlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR