İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətərdə edama məhkum edilmiş 8 hindlinin taleyi necə olacaq?

668 30.10.2023 13:13 Dünya A A

Hindistan Qətərdə edam cəzasına məhkum edilmiş səkkiz vətəndaşının azadlığa buraxılmasını tələb etmək niyyətindədir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Subrahmanyam Cayşankar deyib.

O, Qətərdə edama məhkum edilmiş hindlilərin ailələri ilə görüşdüyünü bildirib. “Hökumət bu işə çox ciddi önəm verir və məhkumların ailələrinin narahatlığını və ağrısını tam bölüşür. Hökumət onların azad edilməsi üçün hər cür səy göstərməyə davam edəcək”, - nazir X sosial şəbəkəsindəki səhifəsində yazıb. Cayşankarın sözlərinə görə, ölkə rəhbərliyi bu məsələdə onların ailələri ilə sıx əməkdaşlıq edəcək.

Ötən ilin avqustunda Qətərdə bir qrup Hindistan vətəndaşı İsrailin xeyrinə casusluq ittihamı ilə saxlanılıb. Qətər hakimiyyəti onlara qarşı irəli sürülən ittihamları rəsmən açıqlamayıb. Onların hamısı əvvəllər Hindistan hərbi gəmilərinə komandanlıq etmiş yüksək rütbəli zabitlər də daxil olmaqla, Hindistan hərbi həniz qüvvələrinin keçmiş əməkdaşlarıdır. Həbs olunmazdan əvvəl onlar Qətər silahlı qüvvələrinə təlim və digər əlaqəli xidmətlər göstərən “Dahra Global Technologies and Consultancy Services” adlı özəl şirkətdə çalışıblar. “India Today” jurnalının yazdığına görə, Hindistan dəniz zabitləri Qətərin sualtı proqramında iştirak ediblər və Qətər tərəfi bu məlumatı İsrailə ötürməkdə ittiham olunur.

Keçən həftə Hindistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Qətər birinci instansiya məhkəməsinin hindliləri edam cəzasına məhkum edib. Hindistan Xarici İşlər Nazirliyi o zaman məhkəmənin qərarından şoka düşdüyünü bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR