İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətər İran qırıcılarını VURDU

1276 05.03.2026 10:20 Dünya A A

Qətər Hərbi Hava Qüvvələri Yaxın Şərqdəki Amerika qoşunlarının yerləşdiyi ən böyük hərbi bazaya zərbə endirməzdən bir neçə dəqiqə əvvəl İran bombardmançı təyyarələrini vurub.

Musavat.com xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İran 10 min ABŞ əsgərinin yerləşdiyi Əl-Udeid hava bazasına və Qətər iqtisadiyyatının onurğa sütunu olan əsas qaz emalı zavodu Ras Laffana 2 Su-24 taktiki bombardmançı təyyarəsi göndərib.

Mənbələrdən biri bildirib ki, İran təyyarələri hədəfə çatmağa cəmi “iki dəqiqə” qalmış vurulub. Digər mənbə CNN-ə açıqlamasında təyyarələrin vizual olaraq tanındığını və fotoşəkillərinin çəkildiyini, qırıcıların “bomba və idarə olunan döyüş sursatları ilə” gəldiyini bildirib.

Təyyarələr radarların aşkarlamaması üçün çox aşağı hündürlükdə uçublar və radio xəbərdarlıqlarına cavab verməyiblər. “Vaxt məhdudiyyətləri” və “mövcud sübutlar” əsasında bu təyyarələr “düşmən” kateqoriyasına daxil edilib. Nəticədə Qətər HHQ-nin F-15 qırıcısı hər iki təyyarəni vurub. İran təyyarələri Qətərin ərazi sularına düşüb, ekipajların axtarışı davam edir.

CNN bildirir ki, bu hadisə Qətər HHQ-nin ilk dəfə havada döyüş əməliyyatında iştirakı və təyyarələrin İrana qarşı istifadə olunmasıdır.

ABŞ Birgə Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn çərşənbə günü keçirdiyi brifinqdə insidentin baş verdiyini təsdiqləyib, lakin İran bombardmançılarının məqsədini açıqlamayıb:

“Qətər təyyarələri ilk dəfə hədəfə gedən iki İran bombardman təyyarəsini vurub”.

İqbal RZAYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR