İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətər əmiri bu ölkə prezidentini təyyarədə yarım saat GÖZLƏTDİ FOTO

1071 30.11.2023 13:53 Dünya A A

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Dohaya səfəri zamanı Qətər əmirini təyyarədə təxminən yarım saat gözləyib.

Musavat.com xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Bildirilib ki, Ştaynmayer Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani ilə danışıqlar aparmaq üçün çərşənbə günü səhər Dohaya enib.

"Əmir yerə endikdən sonra Ştaynmayeri qəbul etməyə hazır olmayıb", - deyə nəşr yazıb.

Məlumata görə, prezident təyyarənin pilləkənlərində şeyxi gözləyib.

Qəzet yazır ki, protokol xidmətinin rəhbəri prezidentə hava limanında çay içməyi təklif edib, lakin o, gözləməyə üstünlük verib.

Bundan əvvəl Ştaynmayer İsrailə rəsmi səfər edib və burada israilli həmkarı İsaak Hersoqla görüşüb, HƏMAS-a qarşı mübarizədə yəhudi dövləti ilə həmrəy olduğunu bildirib. Almaniya prezidenti daha sonra Oman və Qətərə səfər edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR