İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayevanın müəllifi olduğu özbəkcə nəşr olunmuş kitabların imza mərasimi keçirilib - FOTOLAR

751 25.10.2022 17:58 Mədəniyyət A A

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın müəllifi, həmmüəllifi, layihə rəhbəri olduğu kitabların Özbəkistanda imza mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, imza mərasimi Özbəkistanda Azərbaycan Mədəniyyəti və Ədəbiyyati günləri çərçivəsində, qardaş ölkənin məşhur mədəniyyət ocaqlarından olan "Turan" kitabxanasında baş tutub.

Q.Paşayeva imza mərasiminin "Turan" kitabxanasında keçirilməsinin onunçün xüsusi önəm daşıdığını bildirib:

"İmza mərasimi keçirdiyimiz "Turan" kitabxanası Şusa kitabxanası ilə qardaşlaşmış kitabxanadır. Bu il Azərbaycanda"Şusa İli"dir, gələn ilsə Şuşa Türk dünyasının Mədəniyyət paytaxtı elan olunub. Bizim bu gün imzalanacaq kitablar da Şuşa, Qarabağ, bütövlükdə Azərbaycan həqiqətlərini, yaşanmışları, yaşanmamıışları sizlərə çatdıracaqdır. Kitablar özbəkcəyə uyğunlaşdırılıb.
Gəldiyiniz, ilginiz üçün təşəkkür edirəm".

Sonra Q.Paşayeva kitablarını oxucular üçün imzalayıb, suallara cavab verib, ürək sözlərini bölüşüb, onlarla xatirə şəkli çəkdirib. Mərasimdə aydınlar, mədəniyyət işçiləri, onlarla oxucu, ictimai fəal gənclər iştirak edib.

Daha sonra Q.Paşayeva "Turan" kitabxanası rəhbərliyinə və əməkdaşlarına Qarabağ motivli xatirə hədiyyələri, kitablar hədiyyə edib, kitabxana rəhbərliyini Azərbaycana səfərə dəvət edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR