İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Yunus Əmrə İnstitutunun başqan müavini ilə görüşüb

621 04.02.2023 16:15 Mədəniyyət A A

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva qardaş Türkiyənin nüfuzlu qurumlarından olan Yunus Əmrə İnstitutunun başqan müavini Dr. Abdullah Qutalmış Yalçın və İnstitutun Bakı Türk Mədəniyyət Mərkəzinin başqanı Səlcuq Qaraqılıcla görüşüb.

Musavat.com xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə Türk dünyası, mədəniyyət, təhsil məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran mövzular müzakirə edilib.

Müzakirələrdə əlamətdar yubileylər – Ümummilli lider Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyəti qurulmasının 100-cü ildönümü ilə bağlı silsilə tədbirlər, görüləcək işlər, planlar dəyərləndirilib.

Görüş üçün Komitə sədrinə təşəkkür edən A.Q.Yalçın ona İnstitutun xatirə hədiyyəsini, Q.Paşayeva isə A.Q.Yalçına xarıbülbül motivli xatirə hədiyyəsi təqdim edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR