İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva yüksək bal toplayan tovuzlu tələbələrlə görüşüb FOTO

877 16.09.2023 18:52 Təhsil A A

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, “Hünər Qrup”un rəhbəri Ehtiram Quliyev və “NƏFƏS” İB-nin sədri Firəngiz Balakişiyeva builki qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adı qazanmış tovuzlu gənclərlə görüşüb.

Musavat.com xəbər verir ki, “Hünər Qrup”un qərargahında baş tutan görüşdə iştirak edən – yüksək bal toplayaraq tələbə adı qazanmış 31 gənci təbrik edən komitə sədri ölkə başçısı İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə verdiyi yüksək dəyərdən söz açıb.

Dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması” və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün” dövlət proqramlarını xatırladan komitə sədri Azərbaycan gənclərinin dünyanın dörd tərəfindəki nüfuzlu ali təhsil ocaqlarında dövlət hesabına təhsil almasının, çağdaş elmi yeniliklərə, bilik-bacarıqlara və texnologiyalara yiyələn­mə­sinin önəminə diqqət çəkib.

Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamını xatırladan Qənirə Paşayeva ölkəmizdə, eləcə də ölkə xaricində təhsil alan tələbələr üçün təsis edilmiş təqaüdlərdən söz açaraq, respublikamızdakı münbit təhsil ortamından, ali təhsil ocaqlarında çağdaş tələblərə cavab verən infrastrukturun yaradılmasından, müvafiq laboratoriyaların qurulmasından və buna uyğun olaraq qazanılmış uğurlardan danışıb.

Gənclərimizin layiqli vətəndaşlar olaraq yetişməsində təhsillə yanaşı, vətəncanlılığın, mənəvi dəyərlərin də çox önəmli olduğunu vurğulayan komitə sədri gənc nəsli beynəlxalq aləmdə bacarıqla təmsil etmək kimi vacib missiyanın məhz yüksək təhsilli, bacarıqlı gənclərimizin üzərinə düşdüyünü bildirib.

Azərbaycan gəncliyinin 44 günlük Vətən müharibəsində öz üzərinə düşən tarixi missiyanı ləyaqətlə yerinə yetirdiyini xatırladan Qənirə Paşayeva qalib Azərbaycan gəncinin hər vaxt öz dövlətinə, doğma xalqına sarsılmaz tellərlə bağlı olduğunu qürurla söyləyib.

“Hünər Qrup”un rəhbəri Ehtiram Quliyev və “NƏFƏS” İB-nin sədri Firəngiz Balakişiyeva da öz çıxışlarında vacib məqamlara toxunub, tələbə adı qazanmış gənclərimizə gələcək təhsil həyatında böyük uğurlar diləyiblər.

Tələbələrin ürək sözləri dinlənildikdən sonra Q.Paşayeva, E.Quliyev və F.Balakişiyeva onlara qiymətli hədiyyələr bağışlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR