İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Xorvatiyanın Xarici İşlər üzrə Dövlət katibi ilə görüşüb  FOTO

515 10.05.2023 18:53 Mədəniyyət A A

MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Dubayda keçirilmiş Qlobal Qadınlar Sammitində Xorvatiyanın Xarici İşlər üzrə Dövlət katibi Andreja Matelko-Djambic ilə görüşüb.

Musavat.com xəbər verir ki, komitə sədri görüşdə Azərbaycan qadınlarının cəmiyyətdə rolunun artırılması istiqamətində görülən dövlət siyasəti haqqında danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın 2020-ci ildə baş vermiş 44 günlük müharibədəki tarixi Zəfərinin bütün regionda yeni reallıqlar yaratdığına diqqəti yönəldən Q.Paşayeva, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında üç onillik boyunca törətmiş olduğu vandalizm aktları ilə bağlı yeni faktların üzə çıxdığını bildirib. Bir hissəsi qadınlara, uşaqlara aid olan skeletlərin tapıldığı toplu məzarlıqların aşkar edildiyini bildirən Komitə sədri, Qarabağda azadlıqdan abadlığa, erməni işğalçılığından azərbaycanlı quruculuğuna, vandallıqdan mədəniyyətə keçid dönəmində görülən işlərdən söz açıb.

Qənirə Paşayeva 1 milyon azərbaycanlının, o cümlədən 100 minlərlə azərbaycanlı qadın və uşağın Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların 30 ilə yaxın pozulmuş fundamental insan haqlarının indi də minalar üzündən davam etdiyini bildirib: “Qadınlarımızın, uşaqlarımızın, ümumən qaçqın və məcburi köçkünlərin hüquqları Ermənistan tərəfindən bu gün də pozulmaqda davam edir. Rəsmi İrəvan yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün öz torpaqlarına mümkün olduğunca gec qayıtması yaxud qayıda bilməməsi üçün ərazilərə çoxsaylı minalar basdırıb. Ən dəhşətlisi odur ki, belə minalar atəşkəs bəyanatından sonra da mülki məqsədlər üçün açıq olan yoldan istifadə edilərək Azərbaycan ərazilərinə gətirilmiş və yollara basdırılmışdır. Bunun nəticəsində onlarla insan həyatını itirmiş, yaralanmışdır. Üstəlik, qaçqın-məcburi köçkün əhalinin evləri işğal illərində tamamilə sökülmüş yaxud yandırılmışdır”.

Qənirə Paşayeva Ermənistanın 30 ilə yaxın işğal altda saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, azərbaycanlılara xas tarixi-mədəni, dini abidələri, qəbristanlıqları məhv etməsini özündə əks etdirən “Azərbaycan həqiqətləri” sənədli filmlər toplusunu, digər materialları Xorvatiyanın Xarici İşlər üzrə Dövlət katibinə təqdim edib.

Komitə sədri Ermənistanın qeyri-hymanist addımları nəticəsində Azərbaycanlı qadınların və onların ailə üzvlərinin öz ev-eşiyinə dönə bilməməsini faktlarla sadalayıb. O deyib ki, özəlliklə beynəlxalq aləmdə nüfuz sahibi olan qadınlar bu kimi vandalizm aktlarına biganə qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır.

Qənirə Paşayeva Andreja Matelko-Djambicə Azərbaycan mədəniyyətini özündə əks etdirən xatirə hədiyyəsi bağışlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR