İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva türk ölkə və topluluqlarından olan yazarlarla birgə “Ədibin Evi”ni ziyarət edib FOTO

826 12.04.2023 16:09 Mədəniyyət A A

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Türk ölkə və topluluqlarından olan bir qrup yazarla birgə, vaxtı ilə Mir Cəlal Paşayevin 115 illik yubileyi ilə bağlı, İçərişəhərdə yerləşən “Ədibin Evi”ni ziyarət edib.

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva və ADA Universitetinin rektoru Prof.Dr. Hafiz Paşayev ziyarətçiləri salamlayaraq, XX yüzil Azərbaycan milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim, pedaqoq Mir Cəlal Paşayevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Türk dünyasından təşrif buyurmuş yazarlara bildirilib ki, “Ədibin Evi” yazıçının 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılıb və həmin evdə anadan olmuş yazıçının oğlu, akademik Arif Paşayev 2017-ci ildə buranı bərpa edərək mədəniyyət ocağı kimi istifadəyə verib. Mir Cəlalın ünlü əsərləri, o cümlədən “Bir gəncin manifesti”, “Dirilən adam”, “Füzuli sənətkarlığı”, eləcə də bir çox populyar satirik hekayəsi bu evdə qələmə alınıb.

Q.Paşayeva görüş üçün təşəkkürünü bildirərək, vurğulayıb ki, Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini, ədəbi irsini tədqiq və təbliğ edən bir çox tədbirlər həyata keçirmiş “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun Türk ölkə və topluluqlarının müvafiq yaradıcı qurumları ilə əməkdaşlığının da qarşılıqlı ədəbi-mədəni əməkdaşlıq üçün çox faydalı olacağını deyib.

İraq Türkmanlarının tanınmış nümayəndəsi, Kərküklü şair-publisist, araşdırmaçı-jurnalist, ictimai xadim Şəmsəddin Kuzəci, “TRT Türkmənistan Masası”nın rəhbəri, tanınmış jurnalist, ictimai xadim Murat Toylu, Saxa-Yakutiya Yazıçılar Birliyinin başqan müavini, “Çolpan” jurnalının baş redaktoru Qavril Androsov, Çuvaşıstanın Əməkdar incəsənət xadimi, şair, rejissor Marina Karyagina, “Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının sədri Tərlan Qasımov, Beynəlxalq “AlaşƏ Ədəbiyyat mükafatının laureatı Əkbər Qoşalı, DGTYB başqanı İntiqam Yaşar, ürək sözlərini, “Ədibin Evi”ni ziyarət təəssüratlarını bölüşüb.

Görüş iştirakçıları Mir Cəlala aid bəzi şəxsi əşyalarla, görkəmli ziyalının haqqında yazılmış kitablarla tanış olub.

Qonaqlara Mir Cəlalın kitabları hədiyyə olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR