İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Turdımovla görüşdə qardaş şəhərlər təklifi ilə çıxış edib - Fotolar

825 29.10.2022 18:36 Mədəniyyət A A

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Özbəkistanda "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri" çərçivəsində Səmərqənd şəhər hakimi Erkinjon Turdımovla görüşüb.

Musavat.com xəbər verir ki, Səmərqənd şəhər hakimliyində keçirilən görüşdə, şəhər hakimi Erkinjon Turdımov Səmərqənddə növbəti dəfə Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsini şəhər, ümumən vilayət sakinləri üçün önəmli mədəniyyət hadisəsi kimi dəyərləndirib, ürək sözlərini bölüşərək, qardaş ölkələrimiz arasında günü-gündən artan əməkdaşlıqdan məmnunluq ifadə edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, MM Mədəniyyət Komitəsi və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə gerçəkləşən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində, növbəti dəfə Səmərqəndə səfər etməkdən çox şad olduğunu bildirən Q.Paşayeva, səmimi görüş üçün şəhər hakimi Erkinjon Turdımova təşəkkür edib.

Komitə sədri Səmərqəndi Azərbaycanda sevilən, bilinən və öyrənilən – hər kəsin gəlib görmək istədiyi bir şəhər olaraq xarakterizə edib. O, Səmərqənd şəhərinin yalnız Özbəkistan üçün deyil, bütün Türk-İslam dünyası üçün simvol şəhərlərdən biri olduğunu deyib və belə bir simvol şəhərdə Azərbaycan mədəniyyətinə böyük marağa şahidlik etməkdən çox şad olduğunu söyləyib.

Qardaş ölkələrimiz arasında tarixin dərinliklərindən gələn, özünəxas ənənələrə malik əlaqələrin müstəqillik dönəmində, özəlliklə son illər içində yeni üfüqlər qazandığını bildirən Q.Paşayeva, əlaqələrimizin günümüzdə strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini deyib. O, demək olar, bütün əməli çalışma sahələrini əhatə edən əlaqələrin daha da güclü olması, yeni töhfələrlə zənginləşməsi işində rəsmi qurumların da, mədəniyyət, ədəbiyyat xadimlərinin də üzərinə mənəvi məsuliyyət düşdüyünü vurğulayıb. Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanın evsahibliyi ilə Səmərqənddə sentyabrda keçirilmiş toplantısına dəvət olunmasını xatırladan Q.Paşayeva, Səmərqənddə gələn ay keçiriləcək Türk Dövlətləri Təşkilatının növbəti Zirvə toplantısı barədə də danışıb.

44 günlük Azərbaycan Vətən müharibəsində özbək xalqının və dövlətinin Azərbaycana göstərdiyi mənəvi dəstəyi minnətdarlıqla xatırladan Komitə sədri, qardaş ölkələrimiz arasında yalnız mədəniyyət, ədəbiyyat, elm və təhsil sahəsində

Daha sonra Qənirə Paşayeva bir sıra təkliflərlə çıxış edib. O, Səmərqəndli tanınmış azərbaycanlı Seyid Rza Əlizadənin xatirəsinin şəhərdə əbədiləşdirmək məqsədi ilə şəhərin bir küçəsinə onun adının verilməsi, şəhərin mərkəzi hissəsində heykəlinin ucaldılması, Azərbaycanın Gəncə şəhəri ilə Səmərqəndin qardaşlaşması layihəsinin icrası, iki ölkə mədəniyyət təşkilatları arasında əlaqələrin yaradılmasına dair təkliflər irəli sürüb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov görüşdə Səmərqənddə növbəti dəfə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin iki ölkə arasında dostluq və mədəni əməkdaşlığın inkişafına töhfə verdiyini və bu işə dəstək göstərən Özbək tərəfinə öz təşəkkürünü bildirib.

Diplomat Prezident İlham Əliyevin Özbəkistana, Səmərqəndə səfəri, Bakı və Səmərqənd şəhərləri arasında birbaşa hava reyslərinin açılmasını əlaqələrimizdə yeni imkanlar kimi dəyərləndirib. O, gələcəkdə Azərbaycan jurnalistlərinin Səmərqəndə mediaturlarının təşkili təklifi ilə çıxış edib və bu layihənin Səmərqəndin turizm imkanlarının təbliğinə mühüm töhfə verəcəyini qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR