İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva tanınmış mədəniyyət işçiləri ilə görüşüb FOTO

727 30.05.2023 11:02 Mədəniyyət A A

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Xalq artisti Vasif Allahverdiyev, Əməkdar artist Əli Səmədov, tanınmış memar Hüseyn Qarayev və tanınmış aktyor, rejissor Kənan MM ilə görüşüb.

Musavat.com xəbər verir ki, Məclisdə baş tutan görüşün iştirakçısı olan aydınlarla, onların ictimai və yaradıcı fəaliyyətləri, “Heydər Əliyev İli”ndə, habelə “Şuşa -Türk dünyasının Mədəniyyət paytaxtı-2023” çərçivəsində həyata keçirdikləri və ya həyata keçirməyi planlaşdırdıqları ictimai-mədəni və yaradıcı fəaliyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Komitə sədri həmçinin 44 günlük müharibədə qazanılmış şanlı Zəfərin yaradıcılıq müstəvisində inkası, yaradıcı aydınların üzərinə düşən mənəvi məsuliyyətdən söz açıb.

O, görüş iştirakçılarının sənətdə, yaradıcılıqda uğurları, yeniliklər və yaradıcı planları ilə yaxından tanış olub, qayğılarını öyrənib, onlara uğur diləyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR