İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva “Şuşa şəhəri – Türk dünyasının mədəniyyət paytaxtı” mövzusunda çıxış edib FOTO VİDEO

697 21.06.2023 20:44 Mədəniyyət A A

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi nəzdindəki Temirbek Jurqenov adına Qazax Milli Sənət Akademiyasında “Şuşa şəhəri – Türk dünyasının mədəniyyət paytaxtı” mövzusunda geniş məruzə ilə çıxış edib.

Musavat.com xəbər verir ki, tədbirdə həmçinin Qənirə Paşayevanın həmmüəllifi olduğu “Qarabağdan doğan Günəş – Xurşidbanu Natəvan” kitabının təqdimat mərasimi keçirilib.

Komitə sədri Şuşa şəhərinin tarixindən, Şuşanın Azərbaycanın, ümumən Türk dünyasının mədəni həyatına bəxş etdiyi görkəmli mədəniyyət, sənət və elm xadimləri haqqında ətraflı məlumat verib. Şuşanın 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldığı dönəmdə vandallıqla üzləşdiyini bildirən Q.Paşayeva, dağıdılan mədəniyyət ocaqlarında, o cümlədən Ü.Hacıbəylinin, Bülbülün və Natəvanın abidələrinin gülləboran edildiyini, eksponatların talana məruz qaldığını faktlar əsasında söyləyib.

Ötən il anadan olmasının 190 illiyi qeyd olunan Xurşidbanu Natəvanın həyat və yaradıcılığından bəhs edən “Qarabağdan doğan Günəş – Xurşidbanu Natəvan” kitabını Azərbaycanın tanınmış yeni nəsil türkoloqlarından Faiq Ələkbərli ilə birgə yazdığını xatırladan Q.Paşayeva kitabın bundan öncə Azərbaycanda, Türkiyədə, Özbəkistanda, Qırğızıstanda və Qazaxıstanda geniş təqdimat mərasiminin keçirildiyini vurğulayıb.

Qazaxıstanda keçirilən təqdimat mərasiminin özünəxas ənənələrə malik Sənət Akademiyasında keçirilməsindən məmnunluğunu bildirən Q.Paşayeva, təqdimatın yüksək səviyyədə təşkilinə görə Akademiya rəhbərliyinə, təqdimat mərasimində iştirak edən professor-müəllim heyətinə, fəal tələbələrə öz təşəkkürünü bildirib. Q.Paşayeva əsərin qazaxcaya uğurlu çevirisinə görə istedadlı qazax yazarı Erkinbek Serikbaya və onun timsalında ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrə töhfə verən hər kəsə təşəkkürünü bildirib.

Görüşün sonunda Q.Paşayeva YAP Binəqədi Rayon Təşkilatının seçki orqanlarının üzvləri Fikrət Əliyev, Zərifə Arzumanova ilə birgə Akademiya rəhbərliyi və kitabxanasına xatirə hədiyyələri təqdim edib.

Arzu edənlər izləyə bilərlər: https://youtube.com/shorts/mf9U5u7_0eI?feature=share

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR