İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Şəmsəddin Kuzəçi ilə görüşüb FOTO

728 14.04.2023 11:40 Mədəniyyət A A

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva İraq Türkmanlarının tanınmış nümayəndəsi, “Kərkük Mədəniyyət Mərkəzinin başqanı, şair-publisist, jurnalist, ictimai xadim dr. Şəmsəddin Kuzəçi ilə görüşüb.

Musavat.com xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə Ümummilli lider Heydər Əliyevin vaxtı ilə “Qardaşlıq” dərgisi üçün verdiyi müsahibədə dediyi məşhur kəlam xatırladılıb: “Sonralar tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq Türkmanları bir bütövün parçalarıdır”. Sonra “Bir bütövün parçaları arasında ədəbi-mədəni bağların daha da gücləndirilməsi yönündə atılmış addımlara, günümüzdə görülən işlərə və gələcəyə yönəlik ədəbi-mədəni layihələrə dair qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qənirə Paşayeva sədri olduğu komitənin mənəvi dəstəyi ilə Bakıda və Sumqayıtda gerçəkləşən silsilə tədbirlərdə iştirak etdiyi üçün Ş.Kuzəçiyə təşəkkür edib, İraq-Türkman yazarlarına, aydınlarına salam-sayğılarını yetirib, Ş.Kuzəçinin timsalında onlara yeni yaradıcılıq uğurları diləyib.

Komitə sədri 2023-cü təqvim ilinin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edildiyini və bu il çərçivəsində həyata keçirilmiş, həyata keçirilən və həyata keçirilməsi planlaşdırılan ədəbiyyat-mədəniyyət layihələrindən söz açıb, ortaq layihələr icra etmək yönündə təkliflərini səsləndirib.

Dr. Ş.Kuzəçi ətraflı fikir mübadiləsinə görə Q.Paşayevaya, onun timsalında MM Mədəniyyət komitəsinin üzv və əməkdaşlarına, bütün azərbaycanlı yazarlara, dostlarına könül dolusu təşəkkür edərək, Azərbaycana səfərdən məmnunluğunu bildirib.

Ş.Kuzəçi respublikamıza artıq 20-dən çox məhsuldar səfər etdiyini məmnuniyyətlə xatırladıb, ədəbi-mədəni əməkdaşlıq sahəsində çox ciddi məsafə qət edildiyini vurğulayıb.

Ş.Kuzəçi yeni kitablarını komitə sədri üçün imzalayıb.

Q.Paşayeva Kərküklü soydaşımıza xatirə hədiyyəsi bağışlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR