İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Səmərqənd Dövlət Universitetində çıxış edib - Fotolar

1035 26.10.2022 20:56 Mədəniyyət A A

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsi və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə gerçəkləşən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Səmərqənd Dövlət Universitetində görüş təşkil olunub.

Musavat.com xəbər verir ki, tədbirdə MM Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Səmərqəndin ən böyük ali təhsil ocağında keçirilən tədbirə universitetin professor-müəllim heyəti, ictimai fəallar, jurnalistlər və b. qatılıb.

MM Komitə sədri Qənirə Paşayeva Universitetin rəhbərliyini, professor-müəllim, tələbə heyətini, bütün iştirakçıları Azərbaycan nümayəndə heyəti adından salamlayaraq, gözəl görüşün təşkili üçün təşəkkür edib. O, Səmərqənddə ikinci dəfə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində universitetdə görüşün təşkilini iki ölkə aydınları, təhsil və mədəniyyət işçiləri, özəlliklə gənclər arasında dostluğun möhkəmlənməsinə, mədəni-ədəbi, təhsil-elm əlaqələrinin daha da gücləndirilməsinə xidmət etdiyini bildirib. Belə əlaqələrdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rolunu minnətdarlıqla vurğulayan Q.Paşayeva, dövlətlərimizin yüksək səviyyəli münasibətləri haqqında ətraflı danışaraq, prezidentlər İlham Əliyevlə Şavkat Mirziyoyevin uğurlu siyasəti nəticəsində bu əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qürur hissi ilə qeyd edib.

Komitə sədri qardaş ölkələrimiz arasında yalnız mədəniyyət, ədəbiyyat, təhsil və elm sahəsində deyil, istisnasız olaraq, bütün əməli fəaliyyət sahələri üzrə əməkdaşlığın dərinləşdiyini bildirib. O, belə üfüqügeniş əməkdaşlığın xalqlarımızın maraqlarına, qardaşlıq ruhumuza cavab verdiyini bildirib. Özəlliklə ali təhsil ocaqları arasında davamlı əməkdaşlığın, universitetlıərdə görüşlərin keçirilməsinin zərurətini əsaslandıran Q.Paşayeva, bunun çox yaxşı təcrübə olduğunu bildirib.

Qənirə Paşayeva Azərbaycanla Özbəkistan arasında günü-gündən yeni üfüqlər qazanan əməkdaşlığının artıq zəngin təcrübə topladığını məmnunluqla söyləyib. O, hər bir türk ölkə və topluluğu ilə belə təcrübələr qazanılmasını ümumtürk maraqları baxımından şərh edib. Azərbaycanın 44 günlük müharibədəki Qələbəsi və o məsuliyyətli günlərdə özbək aydınlarının, özbək xalqının və dövlətinin Azərbaycana göstərdiyi mənəvi dəstəyi minnətdarlıqla vurğulayıb.

Artıq bir neçə dəfə səfər etdiyi açıq göylər altında muzey olaraq Səmərqəndi Türk memarlığının nadir örnəklərindən olduğunu qürur hissi ilə vurğulayan Q.Paşayeva, təhsil ocaqlarının şəhərin zənginliyinə xüsusi zənginlik qatdığını deyərək, şəhərin yüzillər öncə bütün dünyada məhz elm-təhsil, mədəniyyət ocağı olaraq tanındığını bildirib. Komitə sədri eyni zamanda qədim təhsil ocaqlarından olan Səmərqənd Dövlət Universitetində İmadəddin Nəsimi adına Azərbaycan Mərkəzi açılmasını təklif edib. Təklif universitet rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək qəbul edilib.

Sonra Qənirə Paşayeva tələbə-gənclərin suallarına cavab verib.

Sonda Azərbaycan nümayəndə heyəti universitetin kitabxanasına Azərbaycana dair nəşrlər və İmadəddin Nəsiminin portretini hədiyyə edib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR