İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Ruhi əsəb dispanserini ziyarət edib FOTO

784 21.03.2023 11:16 Sosial A A

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və “Könül dostları qrupu”nun bir qrup üzvləri Maştağada yerləşən Ruhi əsəb dispanserini ziyarət ediblər.

Musavat.com xəbər verir ki, komitə sədri və könül dostları dispanserdə çağdaş standartlara uyğun yaradılmış şəraitlə tanış olub, müalicə alan qadınlarla söhbət edib, onların istəkləri, qayğıları ilə yaxından maraqlanıb.

Özəlliklə, dispanserdə uzun müddət müalicə alan qadınlarla, ayrıca müəssisə rəhbərliyi ilə ətraflı fikir mübadiləsi aparan Qənirə Paşayeva burada gördüyü səliqə-sahmanın diqqəti cəlb etdiyini deyib.

O, Azərbaycan dövlətinin hər bir vətəndaşımıza diqqət-qayğısından, həssasiyyətindən söz açaraq, görüşdə iştirak edən 100-ə yaxın qadının hər birinə ən xoş diləklərini yetirib.

Q.Paşayeva və “Könül dostları” qrupunun bir qrup üzvləri dispanserdə müalicə alan qadınları milli bayramımız Novruz münasibəti ilə təbrik edib, onlara bayram sovqatları təqdim edib.

Görüşdə “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva və təşkilatın üzvləri, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova və təşkilatın üzvləri, ictimai-fəal xanım Nigar Əlizadə, modelyer Afaq İsmayılzadə və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təmsilçisi Rəna Əmirəliyeva iştirak edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR