İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Milli Məclisin iclasında vacib məsələlərə toxundu - VİDEO

634 10.06.2023 13:51 Siyasət A A

Milli Məclisin üzvü, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva parlamentin növbəti dəfə keçirilən plenar iclasında “Gündəlik haqqında” məsələnin müzakirəsi zamanı çıxış edib, bir sıra vacib məqamlara toxunub.

Musavat.com komitə sədrinin çıxışını qısa ixtisarla təqdim edir:

“Hörmətli xanım sədr, hörmətli həmkarlar, mən üç məsələyə toxunaraq bu məsələdə bizə davamlı olaraq məktubla və vətəndaş qəbulu günlərində edilən müraciətlərlə bağlı vətəndaşların çağırışını səsləndirmək istəyirəm. Düşünürəm ki, onlara dəstək olmalıyıq.

Birincisi, onu demək istəyirəm ki, gələn müraciətlərlə bağlı nə Səhiyyə Nazirliyi, nə də TƏBİB-lə bir çıxış yolu tapa bilmirik. Düşünürəm ki, Reproduktiv sağlamlıq haqqında qanunun qəbul olunması bir sıra məsələlərdən kompleks çıxış yolunun tapılmasına gətirib çıxarardı.

Xanım sədr, mən bilirəm ki, bu mövzu sizin diqqətinizdədir. İnanıram ki, yay dövründə bu qanunla bağlı işlər görüləcək və payız sessiyasında bu məsələ qəbul olunacaq. Çünki sonsuz ailələrin sayı çoxalıb, bundan da irəli gələrək, dağılan ailələrin də sayı çoxalır. Mən Türkiyənin təcrübəsini göstərərək demək istəyirəm ki, qardaş ölkədə vətəndaşlar iki dəfə tibbi sığorta ilə övlad sahibi olma istiqamətində dəstək ala bilir. Üçüncü dəfə isə tibbi sığorta xərclərin yarısına dəstək göstərir. Amma bizdə heç bir dəfə belə dəstək olunmur. Bu bizdə ümumiyyətlə İcbari Tibbi Sığortaya daxil deyil. – Əməliyyatı həddindən artıq bahadır, demək olar, orta yaşayış səviyyəsindəki insanlar üçün də əlçatan deyil. Ona görə, bu məsələdə onlar dəstək istəyirlər; istəyirlər ki, bu qanun qəbul olunsun, məsələ İcbari Tibbi Sığorta ilə öz həllini tapsın. Bu məsələni biz Səhiyyə Nazirliyinə ünvanlamalıyıq, çünki başqa yolu yoxdur. Hörmətli Səhiyyə naziri ilə müzakirə aparanda, o da, belə bir qanunun qəbulunun vacibliyini vurğuladı. Ona görə, sizin də məsələyə həssasiyyətinizi nəzərə alaraq, çox xahiş edirik, bu məsələ payız sessiyasına qədər gündəmdə olsun. Bu yüzlərlə ailənin müraciətidir.

Digər məsələ isə, autizmli uşaqlarla bağlıdır. Çox hörmətli Mehriban xanım hər zaman uşaqlara öz dəstəyini göstərir. Hörmətli Mehriban xanıma təşəkkür edirik ki, autizmli uşaqlara imkanlar daxilində köməklik edir. Statistik rəqəmlər də onu göstərir ki, belə uşaqların sayı həddən artıq çoxdur və artmaqda davam edir. Müalicələr və təlimlər çox zaman alır. Ailələr isə bunu çatdıra bilmir. Yəni məsələnin həllinə ciddi ehtiyac var. İnanıram ki, biz də öz dəstəyimizi əsirgəməyəcəyik”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR