İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva “Kitabi-Dədə Qorqud” dastanının təqdimat mərasimində çıxış edib - Fotolar

856 20.10.2022 17:44 Mədəniyyət A A

Qardaş Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən Mirzə Uluqbəy adına Milli Universitetdə özbək dilinə uyğunlaşdırılmış “Kitabi-Dədə Qorqud” dastanının (“Kıtobı-Dada Qo‘rqut” dostonı) təqdimat mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Türk dünyasının ortaq dəyərlərinə, türk milli mədəni miraslarına Özbəkistanda artan diqqəti təqdirlə qeyd edərək, “Kitabi-Dədə Qorqud” dastanının özbəkcəyə çevrilməsinin çox dəyərli hadisə olduğunu vurğulayıb.

Q.Paşayeva türk xalqlarının “Kitabi-Dədə Qorqud” dastanında əks olunan mədəniyyət iqlimindən, tarixi coğrafiyasından söz açıb: “İlk növbədə onu vurğulamaq istərdim ki, bu qiymətli dastanın özbək dilində nəşri Azərbaycan və Özbəkistan aydınlarının daha da yaxınlaşmasına, dost və qardaş xalqlarımızın elmi, ədəbi, mədəni işbirliyinə yeni töhfə olacaq. Bir yaxşı deyim var – onu təkrarlamaq istərdim: “Mədəniyyət sözlə başlayır, söz – cümlə, cümlələr - kitab olur; böyük xalqlar həmin kitabı dastana çevirir”. Zəngin mədəni irsə, qüdrətli tarixə və tarixi şəxsiyyətlərə malik Türk dünyasının “Kitabi-Dədə Qorqud”u türk xalqlarının dastan yaratma gələnəyini, ümumən gələnəklərini özünəxas şəkildə göstərməkdədir. Bəlli olduğu kimi, “Kitabi-Dədə Qorqud”a bütün dünyada böyük ilgi göstərilir. Mən əcdadımızın əsəri olduğuna görə demirəm, akademik elmi münasibəti sizinlə bölüşürəm ki, dünya dastanların sırasında “Kitabi-Dədə Qorqud” ə önlərdə gəlməyi haqq edən sanballı əsərdir. Mən fürsətdən istifadə edib, “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi ilə çıxış edən Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə, dastanı özbəkcəyə çevirmiş hörmətli alim Babaxan Şərifə, bir sözlə, bu işdə əməyi keçən hər kəsə könül dolusu təşəkkürlərimi yetirirəm”.

Təqdimatda “Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”ndə iştirak edən Azərbaycan nümayəndə heyəti və Daşkənddən olan aydınlar, Özbəkistan Milli Universitetinin müəllim-professorları, qabaqcıl tələbələr iştirak edib.

Daha ətraflı videoda:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR