İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva İzmirdə iftar məclisində çıxış edib FOTO

741 23.04.2023 22:42 Sosial A A

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva İzmirin Bornova bölgəsində İğdırlılar Sosial Yardımlaşma Dərnəyinin təşkil etdiyi iftar məclisində çıxış edib.

Musavat.com xəbər verir ki, Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının işığında təşkil olunmuş iftar məclisi təşkilatçısı və iştirakçılarını salamlayan Qənirə Paşayeva İzmir Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi ilə Dünya Azərbaycanlıları Konqresi İzmir şöbəsinin ortaq tərtib etdiyi, İzmir şəhəri və yaxın yaşayış məntəqələrindən dəvət olunmuş çoxsaylı soydaşımızın da qatıldığı silsilə tədbirlərdə iştirakdan və faydalı müzakirələrdən məmnunluğunu bildirib, ürək sözlərini bölüşüb.

Komitə sədri xatırladıb ki, “44 günlük müharibədəki Zəfərdən öncəki Türkiyə səfərləri vaxtı sözlərini bir dua və inamla bitirərdi: “Gün olsun, torpaqlarımızı azad edək və növbəti tədbirlərimizi Qarabağımızda, Şuşamızda, digər gözəl torpaqlarımızda birgə keçirək. Tanrıya çox şükürlər olsun, dualarımız həyata keçdi, inamımız doğruldu.- Biz indi Qarabağda, Şərqi Zəngəzurda birgə tədbirlər keçirir, Ermənistanın vandallıqlar törətmiş olduğu o gözəl torpaqlarımıza insanlıq, mədəniyyət qaytarırıq.

Şuşa 2021-ci ildə Azərbaycanın rəsmən Mədəniyyət paytaxtı statusu almaqla yanaşı, 2023-cü il üçün Türk dünyasının Mədəniyyət paytaxtıdır. Məhz bu əziz şəhərdə dövlət başçılarımız ünlü “Şuşa Bəyənnaməsi”ni imzalayıb və o unikal sənəd digər qardaşlarımız üçün də örnək təşkil edir”.

Qənirə Paşayeva özəlliklə vurğulayıb ki, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın, Türkiyə dövlətinin, bütövlükdə qardaş xalqın müharibənin ilk anlarından Azərbaycana verdiyi mənəvi, siyasi, diplomatik və informasiya dəstəyi tarixi Zəfərdə əvəzsiz rol oynayıb. Azərbaycan-Türkiyə qardaşlığını, o cümlədən “Şuşa Bəyənnaməsi”ni əcdadlarımızın ruhunu şad edən, gələcək nəsillərimizə aydın yol göstərən böyük hadisə kimi şərh edən komitə sədri hər bir aydınımızın, gəncimizin, ümumən vətəndaşlarımızın bu hadisəni öz yaşam və çalışmalarında örnək almalı olduğunu söyləyib.

Q.Paşayeva Azərbaycan-Türkiyə qardaşlıq, dostluq, qonşuluq və strateji müttəfiqlik birgə fəaliyyətinin bölgədə nizamına, ədalətə, sülhə xidmət etdiyini deyib.

Komitə sədri Ulu öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 2023-cü ilə təvafüq edən 100 illik əlamətdar yubileyindən söz açıb, bu qürurlu yubileylərin hər iki qardaş ölkədə dərin məhəbbətlə qeyd edildiyini bildirib.

İftar məclisində İzmir Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi, Dünya Azərbaycanlıları Konqresi İzmir şöbəsi rəhbərliyi, Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti instutlarının rəhbərləri və fəalları, müxtəlif qurumları təmsil edən aydınlar - Sevinc Əlizadə, İbrahim Məmmədov, Əkbər Qoşalı, Elşad Eyvazlı, Aqil Ələsgər, Südabə Cahangirli, Zaur Məmmədov, Elnur Hüseynov, Elşad Heydərov iştirak edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR