İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Çuvaşıstan ziyalıları ilə görüşüb FOTO

768 15.04.2023 23:29 Mədəniyyət A A

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Çuvaşıstanın Əməkdar incəsənət xadimi, Çuvaş Respublikası Peşəkar Yazıçılar İttifaqının üzvü, şair, rejissor Marina Karyagina və “Çuvaşıstan-Azərbaycan Dostluq Cəmiyyəti”nin sədri Aqil Əliyevlə görüşüb.

Musavat.com xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə qardaş xalqlarımız arasında ədəbi-mədəni əlaqələr ətrafında fikir mübadiləsi aparılıb.

Qənirə Paşayeva sədri olduğu komitənin mənəvi dəstəyi ilə Bakıda və Sumqayıtda gerçəkləşən silsilə tədbirlərdə iştirak etdiyi üçün onlara təşəkkür edib, qardaş çuvaş yazarlarına, aydınlarına salam-sayğılarını yetirib, yeni yaradıcılıq uğurları diləyib. Q.Paşayeva M.Karyaginanın yaxın keçmişdə Azərbaycana daha iki dəfə səfərdə olduğunu və ötən illər içində ədəbi-mədəni əməkdaşlıq sahəsində müəyyən işlər görüldüyünü məmnunluqla vurğulayıb.

Komitə sədri M.Karyaginanın yaradıcılıq yenilikləri, yaradıcı planları ilə tanış olub, onun şeirlərinin azərbaycancaya çevrilərək Bakıda nəşrini təklif edib.

Aqil Əliyev diaspor təşkilatının həyata keçirdiyi mədəniyyətyönümlü layihələr barədə komitə sədrinə məlumat verib. Komitə sədri yeni mədəniyyət layihələri barədə öz tövsiyələrini verib, diaspor təşkilatına uğurlar arzulayıb.

Komitə sədri Azərbaycan Respublikasında “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilməkdə olan ədəbiyyat-mədəniyyət layihələrindən söz açıb, bu il çərçivəsində və gələcəkdə ortaq layihələr icra etmək yönündə təkliflərini səsləndirib.

Dəyərli ziyalılar qonaqpərvərliyə, ətraflı fikir mübadiləsinə görə Qənirə Paşayevaya, onun timsalında MM Mədəniyyət komitəsinin üzv və əməkdaşlarına, bütün azərbaycanlı yazar dostlarına təşəkkür edərək, Azərbaycana növbəti səfərdən də çox məmnun olduğunu bildirib.

Qənirə Paşayeva qonaqlara xatirə hədiyyəsi bağışlayıb.

WhatsApp Image 2023-04-15 at 23.26.04.jpeg (305 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR