İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qələbənin imza günü” - Space TV-də maraqlı layihə - FOTOLAR

1100 14.06.2022 16:40 Media A A

Bu gün “Space” tv-nin növbəti möhtəşəm lahiyəsi baş tutdu. Qurtuluş gününə həsr olunmuş “Qələbənin imza günü” adlanan foto sərgidə Suqovuşanın, Şuşanın azad olunması zamanı şəhid döyüşçülərimizin, qazilərimizin, müharibə iştirakçılarının savaş dövründə divarlara əks etdirdikləri yazıların, avtoqraflarln fotoları nümayiş etdirilib.

Musavat.com-un xəbərinə görə, tədbiri Space TV-nin rəhbərli Müşviq Hətəmov açaraq bəyan edib ki, hər birimiz hər zaman Qurtuluş günündə özümüzə hesabat verməli, birliyimizi qorumalıyıq:

"Hər yazı bir tarixdir. Bu şanlı tarixə şahid olmaq üçün isə bizlərə 30 il zaman gərək oldu. 30 ildən sonra müzəffər ali baş komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu, bu sərgidə imzası olan şəhidlərimizin, qazilərimizin iştirakı ilə qələbəmizi təmin etdik. Və bu gün Qurtuluş gününə həsr olunmuş bu sərgi qalib xalqın, qalib ordunun sərgisidir.

Yeri gəlmişkən ilk dəfədir ki, Qurtuluş gününü Ali Baş Komandanımız İlham Əliyevin apardığı qətiyyətli mübarizə nəticəsində işğalsız Azərbaycanda keçiririk. Bu günkü tədbirimizində qayəsində məhz bu amil dayanır. Ali Baş Komandanımız başda olmaqla ordumuzun əldə etdiyi bu qələbənin hər məqamını unutmamalı və yaşatmalıyıq”.

Tədbirdə çıxış edən millət vəkili Arzu Nağıyev isə Space Tv rəhbərliyini ieni layihə münasibəti ilə təbrik edib:

”Mən bu kanalın Qarabağ atları ilə bağlı, toponimlərlə bağlı layihələri ilə tanış olmuşdum və çox fərqli bir layihələr idi. Bu günkü layihə isə unikal və kifayət qədər təqdirəlayiq işdir. Bu münasibətlə bir daha hamınızı təbrik edirəm”.

Tədbirdə həmçinin birinci və ikinci Qarabağ savaşının iştirakçıları və ziyalılar, millət vəkilləri, Qarabağ qaziləri iştirak etdi. Daha sonra iştirakçılar sərgi ilə tanış oldu.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR