İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəbiristanlıqdan oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO

566 31.01.2024 10:07 Hadisə A A

Gəncədə qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki qəbiristanlıqlardan birindən mərmərdən hazırlanan sinə daşını və güldanı oğurlamaqda şübhəli bilinən şəhər sakini Xətai Tağıyev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, mərmər sexində işləyən şübhəli şəxs oğurladığı əşyaları başqa bir rayondan olan mərhumun ailə üzvlərinə satıb.

Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən X. Tağıyev törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR