İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazilərin 72 min manatını "yeyən" Elvin Mahmudzadə azadlığa buraxıldı

1964 11.08.2023 12:41 Kriminal A A

“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə azadlığa buraxılıb.

Musavat.com-un “Qafqazinfo”ya istinadən xəbərinə görə, o, zərərçəkmiş şəxslərə dəymiş 72 min manat məbləğində ziyanı tam ödəyib, barışıq əldə olunub.

Qeyd edək ki, E.Mahmudzadə qazilər üçün ayrılmış 72 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirdi.

Ötən ay birlik sədrinə qarşı qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR