İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxlar özünə qayıdır: qədim türk dövləti rəsmi simvollarda

1999 12.05.2026 19:30 Dünya A A

Qazaxıstan Milli Bankı Qızıl Ordaya həsr olunmuş “Qızıl Orda” adlı kolleksiya sikkəsini dövriyyəyə buraxıb.

Musavat.com xəbər verir ki, sikkə 925 əyarlı gümüşdən hazırlanıb və üzərinə qızıl işlənib. Onun çəkisi 62,2 qram, diametri isə 50 millimetrdir. Sikkənin nominal dəyəri 2000 təngə təşkil edir.

Milli Bankın açıqlamasında bildirilib ki, sikkə Qazaxıstan zərbxanasında hazırlanıb və cəmi 1000 nüsxə tirajla istehsal olunub.

Qeyd edilib ki, “Qızıl Orda” sikkəsi Qazaxıstan ərazisində bütün növ ödənişlərdə nominal dəyəri ilə qəbul olunmalıdır. Bundan əlavə, o, bank hesablarına mədaxil, köçürmə, dəyişdirmə və mübadilə əməliyyatlarında da istifadə edilə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR