İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstandakı faciə ilə bağlı SON DURUM

564 29.10.2023 15:43 Dünya A A

Qazaxıstanın Qaraqanda vilayətində şaxtada baş vermiş qəza nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.

Musavat.com-un məlumatına görə, "RİA Novosti" respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda daha 4 şaxtaçının aktiv axtarışları davam edir.

“Kostenko adına şaxtada 38 nəfərin cəsədi tapılıb, 4 şaxtaçının axtarışları davam edir”, - məlumatda deyilir.

Açıqlamada qeyd olunur ki, mədəndə axtarış işlərinin aparılması dağılmış mina texnikasının, eləcə də bəzi yerlərdə dağıntıların olması ilə çətinləşir.

Qazaxıstan prezidentinin mətbuat xidməti şənbə günü bildirib ki, mədəndə baş vermiş faciə ilə əlaqədar oktyabrın 29-u Ümumxalq Hüzn Günü elan edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR