İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda məmurlara qumar oynamaq qadağan edilib

390 08.07.2024 14:19 Dünya A A

Qazaxıstanda məmurlara və hərbi qulluqçulara qumar oynamaq və mərc oyunlarında iştirak etmək qadağan edilib.

Musavat.com Tengrinews portalına istinadla xəbər verir ki, müvafiq qanunu respublika prezidenti Kasım-Jomart Tokayev imzalayıb.

Qeyd olunur ki, sənəddə xüsusi və hüquq-mühafizə orqanlarının əməkdaşlarına, büdcə təşkilatlarının rəhbərlərinə də müvafiq qadağa nəzərdə tutulub. Onu pozanlar işdən çıxarılacaqlar.

Bundan əlavə, qanun Borcluların Vahid Reyestrinə daxil edilmiş şəxslərin də qumarda iştirakını qadağan edir.

İyunun əvvəlində Qazaxıstan parlamentinin aşağı palatası məmurlar, təhlükəsizlik işçiləri və hərbçilər üçün qumar və mərc oyunlarını qadağan edən qanun layihəsini qəbul edib. Deputat Elnur Beysenbayevin izah etdiyi kimi, sənəddə nəzərdə tutulan məhdudiyyətlərin pozulması xəbərdarlıq edilmədən işdən çıxarılma ilə nəticələnəcək.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR