İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda iki radikal islamçı saxlanılıb

454 30.10.2023 16:32 Dünya A A

Qazaxıstanda terror ideyalarını təbliğ etməkdə şübhəli bilinən iki nəfər Almatı və Türküstanda Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları ilə birlikdə polis tərəfindən saxlanılıb.

Musavat.com Polisia.kz-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan şəxs Qazaxıstanda fəaliyyəti qadağan edilmiş “Hizb-ut-Təhrir əl-İslami” dini ekstremist təşkilatının üzvüdür.

Daha bir ekstremist Türküstanda prokurorluğun köməkliyi ilə rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan şəxs məhkəmənin qərarı ilə Qazaxıstanda fəaliyyəti qadağan edilmiş beynəlxalq terror təşkilatı İŞİD-ın ideologiyasının tərəfdarıdır.

Yaşayış yerlərində aparılan axtarış zamanı onların hər ikisindən dini ədəbiyyat və digər maddi sübutlar götürülüb.

Faktla bağlı Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 256-cı maddəsinin 1-ci hissəsi - “Terrorçuluğun təbliği və ya terror aktına açıq çağırışlar” ilə ibtidai istintaq aparılır. Saxlanılan şəxslər həbs edilib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR