İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan neftini daşıyan kəmərdə müəmmalı qəza: Rusiya Avropanı embarqo fikrindən daşındırmağa çalışır

4123 24.03.2022 14:32 İqtisadiyyat A A

Qazaxıstan neftini Rusiya ərazisi ilə Avropa bazarlarına çatdıran Xəzər Beynəlxalq Boru Xətti ilə neft nəqli qəza səbəbiylə 70 faiz azaldılıb. Qəza kəmərlə gedən Novorossiysk limanında nefti tankerlərə yükləyən xətlərdən birində baş verib. Kəməri idarə edən beynəlxalq komsorsiumun yaydığı məlumata görə, hazırkı şərtlər daxilində qəzanı aradan qaldırmaq uzun müddət tələb edəcək.

Qəzanın Qara dənizdəki tufan nəticəsində meydana çıxdığı deyilsə də, artıq müxtəlif mətbuat orqanlarında yükləyici kəmərin Rusiya tərəfindən qəsdən sıradan çıxarıldığına dair məlumatlar yayılmaqdadır.

Qaza görə rubl tələbi və bu hadisə göstərir ki, Rusiya Avropanın onun neftindən imtina edəcəyi barədə dəqiq məlumata malikdir və bunun qarşısını almaq üçün hərəkətə keçib. Qazaxıstan neftini nəql edən kəmərə problem yaratmaqla Avropanı başa salmağa çalışır ki, məndən almasanız, Qazaxıstandan da almağa qoymayacam.

Qazaxıstanın hazırda gündəlik neft ixracı 1,2 milyon barel təşkil edir. Hasilat isə 2 milyon barelə yaxındır.

2021-ci ildə Xəzər Boru Kəməri ilə Rusiya üzərindən 53 milyon tondan bir qədər artıq Qazaxıstan nefti nəql olunub. Daha 2 milyon ton Çinə satılıb. Çinin aşağı qiymət təklif etməsi nəticəsində Qazaxıstan imkan olsa da, neçə illərdir bu ölkəyə neft satışını artırmır. Rusiyadan Qazaxıstan ərazisindən keçməklə illik ötürücülük gücü 12 milyon ton olan neft kəməri Çinə gedir. Kəmərlə hər iki ölkənin 50 faiz neft ötürmək hüququ var. Lakin indiyədək Qazaxıstan ən yaxşı halda bu kəmərlə Çinə ildə 2 milyon ton neft göndərib, qalan 10 milyon tonu Rusiya nefti olub.

Biden Has One Big Sanction Left to Impose on Putin

Belə görünür ki, Rusiyanın Qazaxıstan neftinin də dünya bazarına çıxmasını əngəlləməsi reallıqdır. Bu isə bazardan çıxan gündəlik həcmin 6 milyon barelə yüksəlməsi deməkdir ki, bu da qiymətlərin indikindən 2-3 qata yüksəlməsinə gətirib çıxarar.

Rusiya üzərindən getməyən nefti dünya bazarına çıxarmaq üçün Qazaxıstanın hansı alternativləri var?

Alternativlərdən biri Çinə daha çox neft satmaqdır. Mövcud kəmərlə Qazaxıstan Çinə əlavə olaraq ildə 4 milyon ton da neft göndərə bilər.

İkinci və ən səmərəli alternaitv Azərbaycan üzərindən daşımalardır. Azərbaycanın neft daşımaları üçün mövcud infrastrukturuna Qərb İxrac Boru kəməri, Bakı-Tiflis-Ceyhan Əsas İxrac boru kəməri və dəmiryol daşımaları aiddir. BTC-nin cari ötürücülük gücü gündəlik 1,2 milyon barel təşkil edir. İldə 60 milyon ton neft nəql etmək mümkündür. Lakin hazırda bu gücünün yarısından azından istifadə olunur. Belə ki, 2021-ci il ərzində BTC vasitəsilə təxminən 26,4 milyon ton (təxminən 200 milyon barel) xam neft və kondensat Türkiyənin Ceyhan limanından dünya bazarına yola salınıb.

Qərb İxrac Boru kəməri | Biz kimik | Home

Azərbaycan neftini Qara dəniz sahillərinə nəql edən Qərb İxrac Boru Kəməri (QİBK) Supsa terminalına qədər uzanır. Bu boru kəmərinin uzunluğu 829 kilometrdir. Kəmərin sahibi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətidir. 2021-ci ildə Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə 31 milyon barel neft ixrac edilib. Kəmərin illik nəqletmə gücü 5,1 milyon tondur.

Azərbaycanın dəmiryolu sistemi ilə nə qədər neftin daşınmasının mümkün olduğuna dair məlumat açıqlanmır. Mövcud boru kəmərlərinin illik nəql gücü isə 65 milyon tondan çoxdur. Hazırda onun 28 milyon tonundan istifadə olunur. Bu isə o deməkdir ki, Azərbaycan ildə əlavə olaraq 30 milyon tona yaxın neft nəql etmək gücündədir. Lakin Qazaxıstanın bu qədər nefti Azərbaycana göndərməyə imkan verəcək infrastrukturu çətin ki, olsun. Belə ki, Qazaxıstan 2006-cı ildən şimaldakı neft yataqlarından Kurık limanına neft daşıyacaq kəmər çəkməyi planlasa da, hələ də bunu etməyib. Hazırda Qazaxıstan Aktau limanında mövcud infrastrukturu ildə 10 milyon tona yaxın neftini Xəzər üzərindən Azərbaycana çatdırmaq imkanındadır. Kurık limanından isə 4,5 milyon ton neftin dəmiryol çənləri ilə daşınması imkanı var.

Beləliklə, Qazaxıstan hazırkı şərtlər daxilində Rusiya üzərindən daşınması mümkün olmayan 30 milyon ton neftinin ən yaxşı halda 20-21 milyon tonunu ixrac etmək imkanındadır.

Göründüyü kimi, Rusiya əlindəki bütün rıçaqları işə salıb ki, Avropanı neft embarqosu perspektivindən çəkindirsin...

Dünya Sakit,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR