İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan donur: məktəblər, yollar bağlanıb, şaxta 27 dərəcəyə çatacaq

1562 12.12.2023 19:27 Dünya A A

Qazaxıstanda qarlı-şaxtalı hava şəraiti hökm sürür. Ölkənin 11 vilayətində respublika əhəmiyyətli magistralların 65 hissəsində nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulub.

Musavat.com kazax24 saytına istinadla xəbər verir ki, dekabrın 12-si saat 18:00-dan etibarən Akmola, Aktobe vilayətilərində, Kostanay vilayətinin sərhədində, Almatı, Jetysu, Jambil bölgəsində, Karaqanda, Mangistau, Pavlodarda sərnişin avtobusları və dizel mühərrikləri ilə təchiz edilmiş avtomobillər üçün məhdudiyyət tətbiq edilib.

“Hazırda respublika əhəmiyyətli avtomobil yollarında 451 texnika, 907 nəfər işçi və 1108 kubmetrə yaxın buz əleyhinə materialdan istifadə olunub. Məhdudiyyət ölkə avtomobil yollarının 9 527,085 kilometrinə və ya ümumi şəbəkənin 38,35%-nə şamil edilib”, - deyə Respublika əhəmiyyətli avtomobil yollarının milli operatoru QazAvtoJol-dan bildirilib.

Sinoptiklər dekabrın 13-də Qazaxıstanın 11 rayonunda tufan xəbərdarlığı elan ediblər. Ölkənin cənubunda da çox şiddətli şaxtalar gözlənilir.

Almatı Təhsil İdarəsi yaxın iki gün ərzində məktəblilərin distant təhsilə keçirilməsini elan edib.

65787592cca6f808529590.jpg (131 KB)

“Kazidromet”in təqdim etdiyi rəsmi hesabata görə, təhsil departamentinin məlumatına görə, dekabrın 13-nə keçən gecə Almatıda 23-25 dərəcə şiddətli şaxta, dekabrın 14-nə keçən gecə isə 25-27 dərəcə şiddətli şaxta gözlənilir.

9c707d63070249a776f637adad552e4d_1280x720.jpeg (108 KB)

Şaxtalar və pisləşən hava şəraiti ilə əlaqədar paytaxt Astanadan olan könüllüləri şəhər sakinlərinə isti çay və baursak paylayıblar. Onlar avtobus dayanacaqlarını gəzərək konduktorlarə sürücülərə və sərnişinlərə köməklik göstəriblər.

“İndi şəhərdə şaxta getdikcə şiddətlənir. Məktəb dərsləri ləğv edilib. Bu cür xeyirxah əməllərlə biz ətrafımızda isti, mehriban ab-hava yaradır, gənclərə qonşulara kömək etməyi öyrədirik. Kampaniya qış boyu davam edəcək, biz hamını qoşulmağa və ehtiyacı olanlara kömək etməyə çağırırıq”, - deyə könüllü Ayzat Əli bildirib.

Ölkənin bir çox şəhərlərində mənzillərə istilik verilməsi ilə bağlı ciddi problemlər üzə çıxıb. İcra hakimiyyəti orqanları tədbirlər görürlər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR