İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Aral dənizi üçün üç qonşu ölkədən su alacaq

1081 03.11.2023 11:43 Dünya A A

Aprelin 1-dək Türküstan və Qızılorda bölgələrinə 11,1 kub kilometr su gələcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Daşkənddə Dövlətlərarası Koordinasiya Su Komissiyasının (ICWC) 85-ci iclasında bu barədə müzakirələr aparılıb, onun çərçivəsində Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan Xəzər dənizinin hövzələrində su anbarlarının kaskadlarının proqnoz iş rejiminə dair protokol imzalayıblar. Sırdərya və Amudərya çaylarında, həmçinin 2023-2024-cü illər üçün suyun çəkilmə limitləri təsdiq edilib.

Aprelin 1-dək Şərdərya su anbarına 11,1 kub kilometr suyun axacağı, “Dostıq” dövlətlərarası kanalı ilə gözlənilən suyun qəbulunun 487 milyon kubmetr olacağı proqnozlaşdırılır. Bu, Türküstan və Qızılorda vilayətlərində 2024-cü ilin vegetasiya mövsümü üçün lazımi həcmdə suyun yığılmasına, həmçinin Aral dənizinə 1,6 milyard kubmetr suyun verilməsinə imkan verəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR