İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazax deputat: “Fyodorov öz prezidentinin rəsmi siyasətinə qarşıdır”

436 30.11.2023 13:50 Dünya A A

Qazaxıstan parlamentinin iclasında deputat Marat Başimov rusiyalı həmkarı Yevgeni Fyodorovun Qazaxıstanı “tam hüquqi olmayan ərazi” adlandıran bəyanatına münasibət bildirib.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, deputat deyib: “Biz bir daha Dövlət Dumasının bəzi deputatlarının Qazaxıstana ünvanlanan qeyri-dost ifadələrini görürük. Artıq bizim suverenliyimiz və ərazi bütövlüyümüzlə bağlı yalan, təxribat xarakterli bəyanatları ilə tanınan deputat Fyodorov yenə də əsassız yerə de-marş etmək qərarına gəlib. Əvvəlcə o, separatizmə görə layiqincə qınanan qondarma “Petropavlovsk xalq şurası” iştirakçılarının hökmünü şərh edib. İkincisi, o, Qazaxıstanı “tam hüquqi olmayan ərazi” adlandırıb. O, bunu ölkəmizin bütün lazımi prosedurlara riayət etmədən müstəqillik əldə etməsi ilə əsaslandırır”, - deyə deputat qeyd edib.

Marat Başimov “Dövlət Dumasının deputatının 13 yaşlı oğlanın ağlı ilə təxribat”a cəhd etdiyi barədə danışıb: “Fyodorovun dedikləri tarixə ziddir. O, faktları həyasızcasına manipulyasiya edir və SSRİ-nin dağılması prosesinin necə baş verdiyi barədə bilərəkdən susur”, - deyə deputat əlavə edib.

Marat Başimov həmçinin vurğulayıb ki, Fyodorov öz prezidenti Vladimir Putinin rəsmi siyasətinə qarşıdır, o, son səfəri zamanı Qazaxıstan-Rusiya tərəfdaşlığının qarşılıqlı hörmət, suverenliyin, ərazi bütövlüyünün tanınması və daxili işlərə qarışmamaq kimi prinsiplərə əsaslandığını qeyd edib”.

“Bir hüquqşünas kimi mən Rusiya qanunvericilik orqanının nümayəndələrinin bu cür şərhlərini yersiz hesab edirəm. Onlar ilk növbədə Rusiyanın bizim əsas və strateji tərəfdaşımız kimi mövqeyinə xələl gətirirlər. Fyodorovun və onun kimilərinin bütün psixoloji sarsıntıları mediada və parlamentdə deyil, psixiatr divanında həll edilməlidir”, - deyə deputat bildirib.

Deputat xatırladıb ki, Qazaxıstan bütün qonşuları ilə sərhədlərini tamamilə delimitasiya edib. Bizim sovet keçmişimizlə bağlı komplekslərimiz yoxdur, biz müstəqillik əldə etmişik, beynəlxalq səviyyədə tanınırıq. Mən rusiyalı həmkarlarımı çox həssas siyasi mövzularda çıxış etməzdən əvvəl düşünməyə çağırıram. Ortaq sovet keçmişi ilə bağlı xatirələriniz çoxdan yalnız tarix kitablarında qalıb”, - deyə Marat Başimov yekunlaşdırıb.

Qeyd edək ki, Dövlət Dumasının deputatı dünən Qazaxıstanı “tam hüquqi olmayan ərazi” adlandırıb. Onun sözlərinə görə, Qazaxıstan müstəqil ola bilər, lakin NATO-ya daxil olmamalıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR