İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaza görə rubl ödəmək - Rusiyanın Avropaya qaz satmaqdan imtinasıdır

1440 23.03.2022 20:47 İqtisadiyyat A A

Rusiyanın Avropaya satdığı qazın pulunu rublla alması elə də asan başa gəlməyəcək, böyük ehtimalla, qaz satışının tamam dayandırılması ilə nəticələnəcək.

Musavat.com xəbər verir ki, Rusiyalı ekspertlər “Qazprom”un Avropa ölkələri ilə bağlamış olduğu uzunmüddətli müqavilələrdə nəzərdə tutulan ödəniş valyutasını dəyişmək üçün bir neçə variantın olduğunu bildirirlər.

Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun direktor müavini, “Valday” klubunun üzvü Qrivaçın TASS-a dediyinə görə, ödəniş valyutasını dəyişmək ilk növbədə tərəflərin qarşılıqlı razılaşması ilə ola bilər:

“Bundan əlavə, dəyişiklik tənzimləyicinin qanuni tələbi əsasında da mümkündür. İndiyədək Avropa Komissiyasının tələbi əsasında mövcud müqavilələrə çoxsaylı dəyişikliklər edilməsi təcrübəsi var. Bu baxımdan, “Qazprom” Avropadakı alıcılardan ödəniş valyutasını digər tənzimləyici olan Rusiya hökumətinin tələbi əsasında dəyişməyi istəyə bilər. Alıcıların əlbəttə, bu tələbi qəbul, yaxud ondan imtina etmək hüququ var. Hansı ki, imtina qaz nəqlinin dayandırılmasına gətirib çıxara bilər”.

Ekspert həmçinin bildirib ki, müqavilə valyutasının dəyişməsi üçün digər yol sənəddə mübahisələrin həlli üçün razılaşdırılan arbitraj məhkəməsinin qərarı ola bilər. Lakin bu zaman Rusiya tərəfinin arqumentləri əsaslı olmalıdır.

Qeyd edək ki, Putinin qazın dəyərinin rublla alınacağına dair məlumatı açıqlamasından sonra Avropa birjalarında 1-2 saat müddətində qazın min kubmetrinin qiyməti martın əvvəlindən bəri ilk dəfə 1500 dolları keçib. Lakin sonradan ucuzlaşaraq 1300 dollar ətrafında qərarlaşıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR